Quranda keçən “oda çağıran öndərlər” ifadəsinin mənası nədir?

Necə ki iman edənlərin rəhbərləri vardır, inkar edənlərin də rəhbərləri vardır. Mömin cəmiyyətinin rəhbərləri insanları din əxlaqını yaşamağa, gözəl davranışlara və xeyirli işlər görməyə çağırarlar. Onlara Allahın varlığını və birliyini izah edər, dinin hökmlərini və gözəl əxlaqın necə yaşanmalı olduğunu öyrədər, nöqsan və səhvlərini göstərərək özlərini inkişaf etdirmələrinə kömək edərlər.

Eyni şəkildə küfrün də rəhbərləri vardır. Lakin rəhbər deyildikdə yalnız bir toplumun başında olan insanlar nəzərdə tutulmamalıdır. Allahı inkar edən insanlar da düşüncələri, davranışları və yaşadıqları həyat tərzi ilə ətrafındakı insanları oda, yəni cəhənnəmə çağırar və beləliklə inkarın öndərləri olarlar. İnsanları Allaha iman etməyə deyil, inkara yönəldərlər. Qurana və vicdanına deyil, şeytana və nəfsinə tabe olmaları üçün təşviq edərlər.

Dünya həyatında inkarın rəhbərliyini edən bu insanlar, özlərinə tabe olanları da oda və Allahın əzabına sürükləmiş olarlar. Quranda bu həqiqət belə bildirilir:

… Bax gör, zalımların aqibəti necə oldu! Biz onları cəhənnəmə çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik göstərilməyəcəkdir. (Qəsas surəsi, 40- 41) görmə orqanlarının danışacağı bildirilirmi?