Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. … (Maidə surəsi, 54)
Allah Quranda möminlərə gözəl əxlaqlı olmağı və nə baş verməsindən, hansı davranışla qarşılaşmalarından asılı olmayaraq bu xüsusiyyətlərindən heç vaxt güzəştə getməməyi əmr etmişdir. İnkar edənlərin yaşadığı həyat isə möminlərin malik olduğu gözəl əxlaqi keyfiyyətlərə tamamilə zidd olan davranışlardan ibarətdir. Möminlər inkar edənlərin bu davranışları ilə qarşılaşdıqları zaman onların səviyyəsinə enməz, əksinə, izzətli və ləyaqətli bir davranış göstərərlər. Onların bu əxlaqı qarşısında Quran əxlaqından əsla güzəştə getməz və bu mövzuda möhkəm qətiyyət nümayiş etdirərlər. Pis sözə gözəl sözlə, təkəbbürə təvazökarlıqla, haqsızlığa ədalətlə, mərhəmətsizliyə mərhəmətlə cavab verər, alçaq və bayağı davranışları isə özlərinə heç vaxt yaraşdırmazlar.
Quranda möminlərin inkar edənlərə qarşı göstərdikləri bu izzətli davranışlara aid bəzi nümunələr belə verilmişdir:
Onlar yalan yerə şahidlik etməz və boş şeylərlə qarşılaşdıqları zaman vüqarlı bir şəkildə oradan keçib gedərlər. (Furqan surəsi, 72)
Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” – deyərlər. (Furqan surəsi, 63) etməməsinə görə məsuliyyət daşıyırmı?

