Quranda israf etmək

I Allah Quranda israf etməməklə bağlı hökmünü Quranda bu şəkildə bildirmişdir

Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı, dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz! (Ənam surəsi, 141)

Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! (İsra surəsi, 26-27)

Uca Allah böyük-kiçik demədən hər cür israfı qadağan etmişdir. Bu səbəbdən yeməklərin və əşyaların atılması Allahın razılığına uyğun deyil. Allah eyni torpaqdan minlərlə fərqli məhsul bitirir. Torpağın yeyilməsi mümkün deyil, qoxusu və rəngi birdir. Ancaq Allah torpağı göydən endirdiyi su ilə sulayır və içindən dadı, qoxusu, rəngi fərqli ruzilər çıxarır. Qırmızı, sarı, yaşıl almanın belə dadları fərqli olur.

Allah ruzilərə səbəb olaraq toxumları yaratmışdır və toxumların tərkibini, suyu təşkil edən və havada mövcud olan oksigen və hidrogen qazları ilə uyğun yaratmışdır. Sonra dünyadan milyonlarca uzaq məsafədən bir alov topu olan Günəş şüalarının bitkilərə fayda verməsini təmin etmişdir. İnsanların isə yoxluqdan bir toxum belə yaratmaları mümkün deyil. Allah bu nemətləri aradan qaldırsa, bizə bunları yenidən verəcək heç bir güc yoxdur.

De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, kim sizə axar su gətirə bilər?! (Mülk surəsi, 30)

Allah dünyada bütün insanların ehtiyaclarını təmin edəcək bolluqda nemət yaratmışdır. Dünyada yaşanan aclıq və yoxsulluğun ən önəmli səbəblərindən biri israfın qarşısının alınmamasıdır. Bütün nemətləri xarab olmadan istifadə qaydalarını tapmaq çox önəmlidir. Hələ də dünyada 800 milyondan çox insan aclıq çəkir. Ancaq bir çox Avropa ölkəsində tonlarla yemək israf edilir.

Unutmamaq lazımdır ki, israfı şeytan təşviq edir. Şeytan israfın Allahın razı olmayacağı bir davranış olduğunu bildiyindən insana atmaqdan, saçıb savurmaqdan bir ziyan gəlməyəcəyi yalanını təlqin edir. Möminlərin bu məsələdə diqqətli olmaları və bir-birilərini Allahın razı olacağı əmələ dəvət etmələri vacibdir.