Peyğəmbərlərin ölümlərinin izah edildiyi hekayələrdə keçən sözlərlə, hz. İsa (ə.s)-ın Allah Qatına alınmasının izah edildiyi ayələrin araşdırılması, hz. İsa (ə.s)-ın vəziyyətiylə əlaqədar əhəmiyyətli bir həqiqəti ortaya çıxarır: Hz. İsa (ə.s) heç bir peyğəmbər kimi vəfat etməmiş ya da inkar edənlər tərəfindən öldürülməmiş, Rəbbimiz onu Öz qatına yüksəltmişdir. Bu hissədə hz. İsa (ə.s)-ın və digər peyğəmbərlərin ölümlərini ifadə edən sözlərin ərəbcə qarşılıqlarını və Quran ayələrində nə şəkildə istifadə edildiklərini araşdıracağıq.
Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsiylə əlaqədar olaraq istifadə edilən sözlər irəlidə daha təfərrüatlı şəkildə görəcəyimiz kimi “katələ (öldürmək), mata (ölmək), haləkə (həlak olmaq), səhləbə (asmaq)” ya da bir neçə xüsusi sözdür. Halbuki hz. İsa (ə.s) üçün, Quranda çox açıq bir ifadəylə, “Onu öldürmədilər (ma katələhu) və asmadılar (ma saləbuhu)” ifadəsi istifadə edilərək heç bir öldürmə şəkliylə öldürülmədiyi bildirilmişdir. Allah ayələrdə insanlara hz. İsa (ə.s)-ın bir bənzərinin göstərildiyini və onun Öz Qatına yüksəldildiyini bildirir. Bu həqiqət Ali İmran surəsində bu şəkildə xəbər verilir:
O vaxt Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm… (Ali İmran surəsi, 55)
Quranda ölüm mənası işarə edən sözlərin və Ali İmran surəsində keçən “vəfat etdirmə” sözünün istifadə şəkilləri belədir:
1) Təvəffa: Vəfat etdirmə
Ayədə keçən “vəfat” sözünün qarşılığı Azərbaycan dilində istifadə edilən ölmə mənasından fərqli mənaları verir. Ayələrin ərəbcə mənalarının araşdırılması, hz. İsa (ə.s)-ın bildiyimiz mənada ölmədiyini açıqca ortaya qoyur. Maidə surəsinin 117-ci ayəsində ölüm hadisəsi bu şəkildə izah edilir:
Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. (Maidə surəsi, 117)
Bu ayələrdə keçən və Azərbaycan dilində tərcümələrdə öldürmə ya da vəfat etdirmə olaraq tərcümə edilən söz (təvəffəytəni) ərəbcədə “vəfəa” kökündən törəmiş “təvəffa” feilidir və bu feil ölüm mənasına deyil, “canın alınması” mənasını verir. Necə ki, ərəbcə təfsirlərdə də ölüm mənasında istifadə edilməz. İslam alimi Kurtubinin təfsiri bunun nümunələrindən biridir. Kurtubi təfsirində bəhsi keçən söz üçün “nəfslərin ələ alınması” təbiri istifadə edilmişdir. Necə ki, insanın canının alınmasının hər vaxt ölüm mənasını vermədiyini Allah Quranda bizlərə bildirir. Məsələn “təvəffa” sözünün keçdiyi bir ayədə insanın ölümündən deyil, yuxudakı halından bəhs edilir:
Sizi gecə vəfat etdirən (yetəvəffakum) və gündüz “güc çatdırıb təsir etməkdə olduqlarınızı” bilən, sonra adı qoyulmuş əcəl dolana qədər onda sizi dirildən Odur… (Ənam surəsi, 60)
Bu ayədə “vəfat etdirmə” olaraq tərcümə edilən söz ilə, Ali İmran surəsinin 55-ci ayəsində keçən söz eynidir, yəni hər iki ayədə də “təvəffa” sözü keçir. İnsanın, gecə yatdığı vəziyyət ölüm olmadığına görə yuxarıdakı ayədə keçən “yetəvəffakum” sözünün ölümü nəzərdə tutmadığı, doğru tərcümənin “gecə canlarınızı alan” şəklində olması lazım olduğu açıqdır. Aşağıdakı ayədə isə eyni söz bu şəkildə keçir:
Allah, öləcəkləri (mevt) zaman canlarını alır (yetəvəffa); ölməyəni də yuxusunda (canını alır) (lem temut). Beləcə, özü haqqında ölüm qərarı (əl mevtə) verilmiş olanı saxlayar, o birisisini isə adı qoyulmuş bir əcələ qədər buraxar… (Zumər surəsi, 42)
Bu ayədən də aydın olduğu kimi, Allah yatan insanın canını alır, amma haqqında ölüm qərarı verilməmiş olanı əcəli gələnə qədər təkrar yollayır. Bu halıyla insan bildiyimiz mənada ölmüş olmaz. Yalnız keçici bir müddət üçün ruhu bədənindən ayrılmış fərqli aləmə girmiş olar. Allah insanın ruhunu oyanacağı zaman bədəninə qaytarar.
Yuxunun bir növ vəfat olaraq qiymətləndirildiyini, ancaq bununla bioloji ölümün nəzərdə tutulmadığını göstərən nümunələrdən biri də Peyğəmbərimiz (s.ə.v)-ın yuxusundan oyandığı zaman “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun” dediyini bildirən hədisdir. (Buxari, Kitabu’d Deavat 6312; İbni Sinni, Fi Amelli’l Yəvm vəl Leyle, nömrə 647, 856, 857, 885; Məhəmməd Xəlil Herras; Hz. İsa Gələcəkmi?, Isparta 2002, səh. 9) Şübhəsiz, hz. Məhəmməd (s.ə.v) bu hikmətli sözüylə, yatan zaman biolojik mənada ölüm reallaşdığına deyil, yatan insanın bizim anladığımızdan fərqli mənada “canının alındığına” diqqət çəkmişdir. Məşhur İslam alimi və təfsirçi İbn Kəsr də, Ali İmran surəsinin təfsirini edərkən, digər bir çox dəlil ilə birlikdə bəhs olunan hədisi istifadə etmişdir. İbn Kəsrin təfsirində, “təvəffa” sözünün yuxuya işarə etdiyi, eyni sözün digər ayələrdə nə şəkildə yer aldığını göstərilərək açıqlanır. Bu şərhlərin ardından, İbn Kəsr, İbn Əbu Hatimdən rəvayət edilən bir hədisi də istifadə edərək qənaətini belə ifadə edir:
İbn Əbu Hatim deyir ki; “Bizə atam… Həsəndən rəvayət etdi ki, o, “Səni vəfat etdirəcəyəm…” ayəsi haqqında bu açıqlamanı etmişdir: Bura, “Səni yuxu ölümü ilə öldürəcəyəm, yəni yatırdacağam” mənasındadır ki, Allah hz. İsa (ə.s)-ı yuxuda ikən göyə qaldırmışdır… Allah, hz. İsa (ə.s)-ı şübhə yaratmayan bir həqiqət olaraq, yuxu ilə vəfat etdirdikdən sonra göyə çəkmiş və o dövrdə özünə əziyyət edən yəhudilərin əziyyətlərindən qurtarmışdır. (İbn Kəsr, Təfsirul Quranil Azim, 1-ci cild, səh. 573-576)
2) Katele: Öldürmək
Quranda ölüm mövzusu izah edilərkən ümumiyyətlə istifadə edilən söz ərəbcədə “öldürmək” mənasını verən “katele” sözüdür. Mömin surəsində “katele” sözü bu şəkildə istifadə edilir:
Firon dedi ki: “Buraxın məni, Musanı öldürüm (aktul) də o (getsin) Rəbbinə yalvarsın”… (Mömin surəsi, 26)
Ayədə keçən “Musanı öldürüm” ifadəsinin ərəbcəsi “aktul Musa” şəklindədir. Bu söz katele hərəkətindən törəmişdir. Bir başqa ayədə isə eyni söz bu şəkildə istifadə edilir:
… Peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə (yaktulunə) idi…. (Bəqərə surəsi, 61)
Ayədə keçən “öldürdüklərinə görə idi” sözünün ərəbcəsi “yaktulunə” şəklindədir və yenə eyni şəkildə katele sözündən törəmişdir. Və tərcümədə də açıqca ifadə edildiyi kimi “öldürmək” mənasını verir.
Aşağıda peyğəmbərlərin ölümünü açıqlayan bəzi ayələrdə “katele” hərəkətinin nə şəkildə istifadə edildiyi ifadə edilir. Mötərizə içində mənaları bildirilən bütün sözlərin hərəkət kökləri kateledir:
… Onların bu sözlərini və peyğəmbərləri haqsız yerə öldürmələrini (katləhum) yazacağıq… (Ali İmran surəsi, 181)
… “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz? (taktulunə)” (Bəqərə surəsi, 91)
Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə (yaktulunə) və insanlardan ədaləti əmr edənləri öldürənlərə; (yaktulunə)… (Ali İmran surəsi, 21)
“Yusifi öldürün (uktuhu) və ya (uzaq) bir yerə atın ki…” (Yusuf surəsi, 9)
“Ya Musa! Əyan-əşraf səni öldürmək (li yaktulu) barəsində məsləhət-məşvərət edirlər…” (Qəsas surəsi, 20)
“Onu öldürün (uktuluhu), yaxud da yandırın!” – deməkdən başqa bir şey olmadı. … (Ənkəbut surəsi, 24)
3) Haləkə: Ölmək
Quranda öldürmə feili üçün istifadə edilən bir başqa söz isə “haləkə” feilidir. Haləkə sözü ayələrdə “həlak olmaq, ölmək” mənalarında istifadə edilməkdədir. Məsələn Mömin surəsinin 34-cü ayəsində bu şəkildə keçməkdədir:
…(Yusif) vəfat (haləkə) etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz… (Mömin surəsi, 34)
Ayədə, bizim dilə “vəfat etdikdə” olaraq tərcümə edilən ifadənin ərəbcəsi “izə həlekə” şəklindədir və bu sözün mənası da ölməkdir.
4) Əl mevtə: Ölüm
Quranda peyğəmbərlərin ölümüylə əlaqədar olaraq istifadə edilən bir başqa söz isə “əl mevtə” sözüdür. Mate sözü ayələrdə “ölmək” mənasında istifadə edilir. Bunlardan biri Səba surəsində hz. Süleyman ilə əlaqədar olaraq bildirilir:
Beləcə onun (Süleymanın) ölümünə (əl mevtə) qərar verdiyimiz zaman, ölümünü (mevtihi), onlara, əsasını yeyən bir ağac qurdundan başqası xəbər vermədi… (Səba surəsi, 14)
Eyni mənşədən gələn bir başqa istifadə isə hz. İsaya istiqamətli olaraq istifadə edilir:
Ona salam olsun; doğulduğu gün, öləcəyi gün (yemutu) və diri olaraq yenidən-qaldırılacağı gün də. (Məryəm surəsi, 15)
Bu ayədə “öləcəyi” şəklində tərcümə edilən sözün ərəbcəsi “yemutu” sözüdür. Eyni söz hz. Yaqubun ölümü ilə əlaqədar ayələrdə də keçir. Bəqərə surəsində bu şəkildə yer alır:
Yoxsa siz, Yaqubun ölüm anında (əl mevtə) orada şahidlər idinizmi?.. (Bəqərə surəsi, 133)
Bu ayədə keçən “əl mevtə” sözü də yenə eyni kökdən gəlir və ölüm mənasını daşıyır.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) ilə əlaqədar bir ayədə isə “katele” və “mata” feilləri eyni anda istifadə edilir:
Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə (mate) və ya öldürülsə (kutile), siz gerimi dönəcəksiniz?.. (Ali İmran surəsi, 144)
Mate (ölmək) kökündən gələn ölüm sözü, yenə peyğəmbər ölümlərinin izah edildiyi başqa ayələrdə də keçir:
…Dedi: “Kaş ki, mən bundan əvvəl ölüb (mittu) qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” (Məryəm surəsi, 23)
Səndən əvvəl də (dünyada) heç bir bəşərə ölməzlik (el hulde) vermədik. Belə olduğu təqdirdə, sən ölsən (mitte), onlar dirimi qalacaqlar?! (Ənbiya surəsi, 34)
“Məni öldürəcək (yumituni), sonra dirildəcək olan da Odur.” (Şuəra surəsi, 81)
5) Halid: Ölümsüz
Ayələrdə yer alan, birbaşa ölmək ya da öldürmək hərəkətini deyil, ancaq ölümsüzlüyü ifadə edən bir başqa söz isə “halid” sözüdür. Halid sözünün mənası qalıcı olmaq, varlığılığı davam etmək şəklindədir. Ənbiya surəsində “halid” sözü bu şəkildə istifadə edilmişdir:
Biz onları, yemək yeməz cəsədlər etmədik və onlar ölümsüz (halidiynə) deyillərdi. (Ənbiya surəsi, 8)
6) Səhləbə: Asmaq
Quranda peyğəmbərlərin ölümləri izah edilərkən istifadə edilən sözlərdən biri də səhləbə (asmaq) hərəkətidir. Səhləbə hərəkəti “asmaq, çarmıxa çəkmək və edam etmək” kimi mənalara gəlir. Bu hərəkət bəzi ayələrdə bu şəkildə istifadə edilir:
… Halbuki onu öldürmədilər və onu asmadılar (ma saləbuhu) … (Nisa surəsi, 157)
… sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq (yusləbi)… (Yusuf surəsi, 41)
… Ancaq öldürülmələri asılmaları (yusalləbu)… (Maidə surəsi, 33)
Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı edam edəcəyəm! (usallibənnəkum) (Əraf surəsi, 124)
Ayələrdə də görüldüyü kimi hz. İsa (ə.s)-ın vəfatıyla digər peyğəmbərlərin ölümlərinin izah edildiyi ayələr bir-birindən çox fərqli sözlərlə ifadə edilir. Allah Quran ayələrində hz. İsa (ə.s)-ın öldürülmədiyini, asılmadığını, insanlara onun bir bənzərinin göstərildiyini, onu vəfat etdirdiyini (yəni yuxudakı kimi canını aldığını) və Öz qatına yüksəltdiyini bildirmişdir. Hz. İsa üçün “canını almaq” mənasını verən “təvəffa” feili istifadə edilərkən, digər peyğəmbərlər üçün normal ölümü ifadə edən “katele” ya da “ölüm” kimi ifadələr istifadə edilir. Bu məlumatlar isə bizə hz. İsa (ə.s)-ın vəziyyətinin fövqəladəliyini bir daha göstərir.

