Quranda hz. Davuda verildiyi bildirilən “təsirli danışmaq qabiliyyəti” nə mənaya gəlir?

Biz onun hökmranlığını möhkəmləndirdik. Ona hikmət və gözəl danışıq qabiliyyəti verdik. (Sad surəsi, 20)

Təsirli danışmaq qabiliyyəti doğru olanı ən yığcam, ən aydın və ən təsirli şəkildə izah edə bilmək, yəni hikmətlə danışa bilmək bacarığıdır. Belə bir danışığın ən mühüm xüsusiyyəti qarşı tərəfin vicdanını hərəkətə gətirəcək qədər səmimi və ağıllı olmasıdır. Təsirli danışmaq qabiliyyətinə malik olan bir insanın söylədiyi sözlər qarşı tərəfdə dərin təsir buraxar. Bu sözlər qarşı tərəfin yanlış düşüncələrini, ideologiyasını və həyat tərzini dəyişdirməsinə, doğru olanı qəbul etməsinə vəsilə olar.

Unutmamaq lazımdır ki, təsirli danışmaq qabiliyyəti insanın çox mədəniyyətli olması, çox kitab oxuması, böyük təcrübəyə malik olması və ya dil qaydalarını mükəmməl bilməsi, qüsursuz cümlələr qurması ilə əlaqəli bir xüsusiyyət deyildir. Bu, Allahın imanı güclü, səmimi və ixlaslı qullarına lütf olaraq bəxş etdiyi bir nemətdir.