Quranda hökmlər açıqdır

(Bu,) ayələri möhkəmləndirilmiş”

“(Bu,) ayələri möhkəmləndirilmiş”. Bu ayəni xurafatçılar və münafiqlər yaxşı öyrənsin. Allah deyir, “Ayələri möhkəmləndirilmiş”. “Namaz qılın”. “Oruc tutun”. “Zəkat verin”. Dəqiq ifadələrdir, inşaAllah. “Şərab haramdır”. “Hımr”. Yəni bütün huşalndıran spirtli içkilər, siqaret, nargilə, narkotika və buna aid hamısı haramdır. “Qumar oynamayın”. İndiki dövrdə artıq lotereya, top.az, poz-qazan kimi qumarlar yaradıblar. Bunların hamısı haramdır.

Münafiqlərə görə necədir? “Eyham yolu ilə, eyhamla izah edilir”. Eyhamla (işarə ilə) din olmaz. Eyhamla halal, haram olmaz. Dəqiq, açıq hökm lazımdır. Allah ona görə ayədə deyir, “Ayələri möhkəmləndirilmiş”. “Möhkəm”; mənası açıq olan. “Sonra hökm və hikmət sahibi və hər şeydən xəbərdar olan (Allah) tərəfindən ətraflı izah edilmiş bir Kitabdır”. “Hamısını da izah etdim” -deyir Allah, “Anlamamaq mümkün deyil” deyir. Münafiqlərdən, müşriklərdən isə deyərlər ki, “Quranı başa düşmək olmaz”. “Çox qapalıdır”, “və əskiklər var”, haşa. Quranı yarım görərlər. Allah nə deyir? “Hamısı tamamdır” -deyir, “və hamısı içində var. Nə axtarırsınızsa içində var və ayrıca izah etdim” -deyir Allah “və möhkəmləndirdim” -deyir. “Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz”. Yəni müşriklik etməyin, şirk qoşmayın. Fırıldaqçı, saxtakar bəzi hocaların xurafatlarına aldanmayın. “Vəhy gəlir” deyə yeni kitablar əlavə edən saxtakarlara uymayın.

“Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm” -deyir. “Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz”. Yəni, günahlarınız üçün bağışlanma diləyin. Münafiqlərin dil əyib-bükmələri var; saxtakarlıq, fırıldaqçılıq edirlər. “Mən anlaya bilmədim” –deyir. “Quranda harada yazılıb?” -deyir. Onların gözü kordur. Məsələn, deyir ki; “İslam Birliyini mən görə bilmədim Quranda”. Baxmazsansa, görə bilməzsən. Allah deyir ki, “onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər”. “Saxtakarlıq edərlər” -deyir Allah.

I “Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir”. Libaslarına nəylə bürünür? Əbasına bürünür, başına sarıdığı o sarığa bürünür və yaxud hər hansı bir parçaya bürünür. “Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir”. Yəni “içlərindəki gizli münafiq, saxtakarca duyğuları və ya səmimiyyətsiz olduqlarını; hamısını bilən Mənəm” -deyir Allah. Libaslarına bürünmələrində məqsəd də təbii ki, özlərini gizlətməkdir. Əslində bu, münafiq olduğu halda özünə müsəlman görünüşü verir. Məsələn əbası, sarığı, cübbəsi ilə, yaxud başqa guya “dini paltarla” özünü müsəlman imici ilə gizlədir. Və danışıqları ilə; o da bir örtüyü olur, münafiqin örtüyü. Məsələn, bir də görürsən, davamlı yavaş-yavaş danışır. Diqqət edirsən ki, dedi-qodu edir.

De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə (hidayətə çatsa), xeyri onun özünə dəyər,” Hidayətə çatmaq nədir? Mehdiyyətdir. “Kim azğınlığa düşsə”. Azğınlıq nədir? Dəccaliyyətdir. “Ziyanı da onun öz əleyhinə olar. Mən sizə vəkil deyiləm”