Quranda Həzrəti Mehdi

Bəqərə surəsinin 148-ci ayəsində Uca Allah belə buyurur: “Harada olursunuz olun, Allah sizin

Bəqərə surəsinin 148-ci ayəsində Uca Allah belə buyurur: “Harada olursunuz olun, Allah sizin hamınızı bir yerə toplayacaqdır”. Bu ayə İslam aləminin birliyinə işarə edir. Məhz Hz. Mehdi dövründə müsəlmanlar bir araya gələcək, İslam Birliyi baş verəcəkdir. Peyğəmbərimiz bu ayənin təfsiri zamanı onun Hz. Mehdiyə işarə etdiyini qeyd edir. İmam Cəfər Sadiq də bu ayənin Kaimin (Hz. Mehdi) dostlarına aid olduğunu bildirmişdir.

Fussilət surəsinin 53-cü ayəsində belə buyurulur: “Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?”

Bu ayə də Peyğəmbərimiz tərəfindən Hz. Mehdi ilə əlaqələndirilmişdir. Hz. Mehdi dövründə kainatda və insanın batinində haqqın təcəllisi baş verəcək.

Səd surəsinin 88-ci ayəsində isə belə buyurulur: “Onun xəbərini bir zaman sonra mütləq biləcəksiniz.” Peyğəmbərimiz bu ayənin təfsirində də Hz. Mehdiyə işarə etdiyini söyləyir. “Bir zaman sonra” deyilən məqam, Hz. Mehdinin zühur dövrüdür. İslamın dünyaya yayılması və haqqın təzahürü bu dövrdə baş verəcəkdir.

Cin surəsinin 24-cü ayəsində belə buyurulur: “Onlara vəd olunanı gördükləri zaman, kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.” Bu ayədə Hz. Mehdi və tələbələrinin sayı az olsa da, onların haqq üzrə olduqları və küfrün gücsüzlüyü ortaya çıxacaqdır. 313 nəfərlik bir topluluqla İslamın dirçəlişi baş verəcək və bu, Allahın möcüzəsidir.

Qaf surəsinin 42-ci ayəsində isə belə deyilir: “O gün onlar qorxunc səsi eşidəcəklər. O, (ortaya) çıxış günüdür.” Bu da Peyğəmbərimiz tərəfindən Hz. Mehdinin çıxışı ilə əlaqələndirilir. Hz. Mehdinin təbliğatı, internet və televiziyada etdiyi yüksək səslə çağırışlar, müsəlmanların səhnəyə çıxışının, yəni “xuruç gününün” başlanğıcı olacaqdır.

Tövbə surəsinin 33-cü ayəsində isə belə buyurulur: “Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün elçisini hidayət yolu və haqq din ilə göndərən Odur.” Bu ayənin işari mənası Hz. Mehdiyə aiddir. Mehdi dövründə İslam dini dünyaya hakim olacaq və bütün batil sistemləri aradan qaldıracaqdır. Bu, Allahın vədidir və həyata keçəcəkdir.

Qəsas surəsinin 5-ci ayəsində isə belə buyurulur: “Biz o torpaqlarda əzilənlərə lütf edərək, onları rəhbərlər və varislər etmək istəyirdik.” Bu ayə də Hz. Mehdi və tərəfdarlarını təsvir edir. İslam düşmənləri tərəfindən təhqir edilən, zəif sayılan möminlərə Allah yardım edəcək, onları yer üzünün hakimləri və rəhbərləri edəcək.

Bütün bu ayələr və onların Peyğəmbərimiz tərəfindən edilən təfsirləri bizə göstərir ki, Qurani-Kərimdə Hz. Mehdiyə bir çox işari məna verilib. Ayələrdə Hz. Mehdinin zühuru, müsəlmanların birliyi, İslamın dünyaya hakim olması, haqqın açıq şəkildə ortaya çıxması və batilin məhv edilməsi vəd edilir. Bu dövr, Uca Allahın izni ilə, iman sahiblərinin gözlədiyi və dualarla arzuladığı bir dövrdür.

İnşaAllah, bu gözəl və mübarək zaman bizlərə nəsib olar.