Quranda haramlar qeyri-müəyyən deyildir

Allah Quranda haram və halalları qəti və dəqiq izahlarla bildirib

Allah Quranda haram və halalları qəti və dəqiq izahlarla bildirib. Müsəlmanlar, məsələn, donuz əti yeməyin haram olduğunu “O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir…” (Bəqərə surəsi, 173) ayəsi ilə öyrəniblər. “Haram etmişdir” hökmünə əsasən, müsəlman tərəddüd edə bilməz, izah və təfsirlərə ehtiyac duymaz. Məsələn, başqa bir nümunə olaraq faizdən bəhs edək. “…Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir…” (Bəqərə surəsi, 275) ayəsi ilə faiz açıq və qəti olaraq müsəlmanlara qadağan edilmişdir. Bu ayəyə görə heç kim bunu müzakirə edib faizin alverdən fərqli olmadığını deyə bilməz.

Beləliklə, biz haramları bəzi təfsirçilərin izahlarından, ayələrə əlavə etdikləri mötərizə daxili açıqlamalardan və ya saxta hədislərdən deyil, birbaşa ayənin özündən öyrənməliyik.