Allahın sonsuz ədalətini, taleyin işləməsindəki mükəmməlliyi, Quran əxlaqının insanlara gətirdiyi hüzur və rahatlığı çox yaxşı bildikləri halda, gizlicə haqsızlığa uğradıqlarına dair təəssürat verməyə çalışan insanlar, Allah dərgahında böyük məsuliyyət yüklənirlər. Bu davranışları ilə möminlər arasında fitnə və fəsad törətməyə səy göstərmiş olurlar ki, Quranda bu xarakterdəki insanların, şərindən sığınılması lazım olan kəslər olduqları bildirilmişdir. Quranda “hannas” kimi adlandırılan, qəlbə gizlicə vəsvəsə verib fəsad törədən bu insanların xarakterləri ayədə belə təsvir edilir:
De: “İnsanların Rəbbinə sığınıram. İnsanların Hökmdarına, insanların (həqiqi) İlahına; “gizlicə, qəlbə vəsvəsə və şübhə salan” vəsvəsəçinin şərindən. Belə ki, o, insanların qəlbinə vəsvəsə verər (içlərinə şübhə, xülya pıçıldayar); istər cinlərdən, istərsə də insanlardan (olan hər hannasdan Allaha sığınıram). (Nas surəsi, 1-6)
Haqsızlığa uğradıqlarına qəti inanan bu insanlar şeytanın təlqinləri ilə iman edənlər arasında hannaslıq edərlər. Haqlı olduqlarını sübut edə bilmək, qürurlarını qurtara bilmək naminə, möminlər arasında qarışıqlıq yaratmağa, onları da öz ruh hallarına çəkməyə çalışmaqdan çəkinməzlər. Belə hiyləgər səy göstərməyin dünyadakı və axirətdəki nəticələrini heç düşünmədən çirkin cəsarət göstərərlər.
Müsəlmana yaraşan şəkildə yaşamağa lazımınca niyyət etmədikləri üçün demək olar ki, göstərdikləri hər rəftar, söylədikləri hər söz, yeni bir fitnə, yeni bir fəsad axtarışına istiqamətli olar. Bu halı onlara deyildiyi və rəftarının Quran əxlaqına uyğun olmadığı xatırlandığı zaman isə, şeytanın təsiriylə bunu da qəbul etməzlər. Tam əksinə, olduqca xoşniyyətli olduqlarını deyərək özlərini müdafiə edərlər. Məqsədlərinin əsla fəsad törətmək olmadığını, tam əksinə yaxşılıq etmək, həm özlərini, həm də başqalarını islah etmək, insanlara faydalı olmaq olduğunu deyərlər:
…Sənə gələrək: “Şübhəsiz ki, biz yaxşılıqdan və uzlaşdırmaqdan başqa şey istəmədik!” deyə Allaha and içərlər? (Nisa surəsi, 62)
Lakin Allah irəli sürdükləri bu məntiqin doğru olmadığını, əsil məqsədlərinin “fitnə törətmək” olduğunu belə bildirir:
Özlərinə: “Yer üzündə fəsad törətməyin!” deyildiyi vaxt: “Biz təkcə islah edənlərik” deyərlər. Bilin ki; həqiqətən, əsil fəsad törədənlər bunlardır, lakin anlamırlar. (Bəqərə surəsi, 11-12)
Quranın digər bir ayəsində isə Allah, şeytanların doğru yoldan azdıraraq çaşbaş vəziyyətdə qoyduqları, doğru yolda olduqlarını düşünən bu insanların dostlarına da “doğru yola, bizə gəl” şəklində çağırışlar etdiklərini bildirmişdir:
De: “Bizə faydası və zərəri olmayan Allahdan başqa şeylərə mi ibadət edək? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların doğru yoldan azdıraraq çaşbaş vəziyyətdə qoyduqları, dostlarının da: “Doğru yola, bizə gəl” deyə özünü çağırdığı kimsə kimi geriyəmi dönək?” De: “Heç şübhəsiz, Allahın yolu, əsil yoldur. Həmçinin bizə aləmlərin Rəbbinə (özümüzü) təslim etmək əmr edildi”. (Ənam surəsi, 71)
Quranda verilən bu məlumatlar, şeytanın insanlara bütün bu rəftarları, “yaxşılıq, doğruluq və mükəmməllik”, eləcə də, insanlara ədalət paylamaq naminə etdirdiyini, onların da ətrafındakı insanları düzgünlük naminə öz əxlaqına çağırdıqlarını göstərir. Halbuki bu insanlar sözlərindəki səmimiyyətsizliklərinə özləri də şahiddirlər.
Şeytanın onları anbaan hansı sözlərlə, hansı məntiqlə necə razı salıb yönləndirdiyini; buna qarşı vicdanın, səhv davrandıqlarını, bundan imtina etmələrinin lazım olduğunu və doğru olan rəftarları onlara necə ilham etdiklərini çox yaxşı bilirlər. Şeytan gözləmədikləri bir yerdən yaxınlaşmış, öz hannaslıq xüsusiyyətini bu insanlar vasitəsi ilə yerinə yetirməyə başlamışdır. Təsiri altına aldığı bu insanların iradələrini zəiflətmiş, onları vicdanın səsini dinləməyəcək hala gətirmişdir.
Allah, şeytanın təsiriylə özlərini islah edənlər kimi görən, yaxşı işlər gördüklərini iddia edən bu insanların dünya həyatındakı bütün səylərinin puç olduğunu və cəhənnəmlə qarşılıq görəcəklərini bildirmiş, şeytanın bu oyununa qarşı insanları belə xəbərdar etmişdir.
“Onların, dünya həyatındakı bütün səyləri puç olduğu halda, özlərinin həqiqətdə yaxşı işlər gördüklərini zənn edirlər”. (Kəhf surəsi, 104)

