Quranda gecə fəaliyyətinə işarə

Müzzəmmil surəsi, “Ey örtüsünə bürünən

Müzzəmmil surəsi, “Ey örtüsünə bürünən. Az bir qismi xaric olmaq üzrə gecə qalx:” Bu mehdiyyətə də işarə edir. Birinci Peyğəmbərimizə (s), ikinci isə Mehdiyyətə işarə edən ayədir. Mehdiyyətin örtüsü açılır. “Az bir qismi xaric olmaq üzrə gecə qalx:” Gecə fəaliyyət göstər, deyir Allah. “(Gecənin) yarısı qədər. Ya da ondan bir az azalt.” Yəni gecənin böyük bir hissəsini dini yaymağa ayır. “Doğrusu, gecə sevinci (gecə ibadəti, insanın iç dünyasında oyandırdığı) təsir baxımından daha qüvvətli, oxumaq baxımından daha möhkəmdir.” Gecə daha təsirli olur, deyir ki, Allah; “…təsir baxımından daha qüvvətli, oxumaq baxımından daha möhkəmdir.” İnsan fikrini gündüzə nəzərən gecə daha yaxşı cəmləyir.

“Çünki gündüz, sənin uzun məşğuliyyətlərin vardır. Rəbbinin adını zikr et və hər şeydən özünü çəkərək yalnız Ona yönəl.” Hər şeydən özünü çək nə deməkdir? Boş işlərdən özünü çək, yoxsa qanuni şeylərdən özünü çək mənasında deyil. “…hər şeydən özünü çəkərək yalnız Ona yönəl.” Yəni bütün diqqətini Allaha ver. “Onların demələrinə qarşı da sən səbir et”. Böhtan atan, təhqir edən, boş-boş danışan, axmaq adamlara qarşı “…səbir et və onlardan gözəl bir tərzdə qopub ayrıl.” Allah, ünsiyyət etməyə ehtiyac yoxdur deyir.