Quranda “fitnə-fəsad”dan nəzərdə tutulan nədir?

Quranda fitnə-fəsad törədən xarakterlərə dair bir çox nümunə verilir. Lakin fitnə-fəsad törədənlərin əsas xüsusiyyəti Allaha, Onun elçilərinə və kitablarına qarşı çıxmaları, öz məhdud ağılları ilə dinin və müsəlmanların qarşısına maneələr çıxarmaları, Allahın sərhədlərini tanımamalarıdır. Onların bu ümumi xüsusiyyəti bir ayədə belə bildirilir:

Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə- fəsada görə əzab üstündən əzab artıracağıq. (Nəhl urəsi, 88)

Ayələrdə Allah yolundan çəkindirməyə çalışan bu insanların yer üzündə asayişi və nizamı pozmaları, qarışıqlıq yaratmaları, Allahın əmr və qadağalarını ləğv etməyə çalışmaları, tərəzidə və ölçüdə azaltmaqla saxtakarlıq etmələri kimi mənfi xüsusiyyətlərindən bəhs edilir. Bunun müqabilində Allah bu insanları həm dünyada, həm də axirətdə cəzalandıracaq və yuxarıdakı ayədə bildirildiyi kimi, onlara müxtəlif yollarla əzab verəcək; sonsuz ədaləti ilə fitnə-fəsad törətməyə çalışan hər kəsə layiq olduğu qarşılığı tam şəkildə verəcək.