Quranda ən əhəmiyyətli movzu münafiqlərlə mübarizədir

Quranda ən əhəmiyyətli mövzu inkarçılarla mübarizə deyil, münafiqlə mübarizədir

Quranda ən əhəmiyyətli mövzu inkarçılarla mübarizə deyil, münafiqlə mübarizədir. Küfr (inkarçı) açıqdır, sarihdir. Yəni hədəfini açıq müəyyən edər. Özünü də açıq müəyyən edər. Mübarizə metodu da açıqdır. Amma münafiq elə deyil. Münafiq çox namərddir. Müsəlmanların içərisində şeytani zəka ilə çox incə xainliklə ayrılmamaq şərti ilə mübarizə aparar. Amma Qurandakı ifadəsi ilə əlbəttə, münafiqin bütün taktikası həmişə müsəlmanların içində olmaz. Münafiq ikinci mərhələsində ayrılma mərhələsinə girər. Ayrılmasında məqsəd də “baxın, mən gedirəm, siz də gedə bilərsiniz. Getdikdə heç bir şey olmur görürsünüz. Bir bəla da olmur, başqa bir şey də olmur, Allah bir dərd vermir, heç bir şey olmaz”.

Buna görə də, etdiyi şey “ardı gəlsin” mənasındadır. Lakin münafiqin içi də rahatlamaz. Yəni ardının gəlməsinin mümkün olub olmadığı ilə də maraqlanar. Onun üçün ayədə “bədəvilərin” yəni “məlumatı az olan insanların az oxuyan, az araşdıran insanların içərisindən sizi izləyərlər” -deyir. Yəni nə edirlər görəsən, nə edirlər, ayrılan olurmu, bəla gəlirmi, bir dərd gəldimi? ”Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənirlər”. (Ali İmran surəsi, 120) Yəni “əziyyət çəkərlər, iztirab çəkərlər” -deyir.

Münafiqin əsl hədəfi müsəlman camaatını, birliyini tamamilə dağıtmaqdır. Əsl hədəfinə o zaman çatacağını düşünər, yəni son hədəfi odur. Məsələn, Munafiqun surəsi 7-də, ”Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar”. Yəni münafiqlərdə qavraya bilməmək və ağıl zəifliyi çox güclüdür, Allah bunu bir möcüzə olaraq ifadə edir. Çox zəki olur, amma anlayış qabiliyyəti, anlama və ağıl qabiliyyəti çox zəifdir. Yəni münafiq o yönü ilə anormaldır. “Sonunda dağılıb getsinlər” münafiqin bütün hərəkətləri müsəlman birliyini dağıtmaqdır.

Məsələn, Əhzab surəsi 20-də ”Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər”. Yəni cahil, məlumatı əskik olan insanların arasına dağılıb gizlicə xəbərlərinizi gözləyir. Yəni müsəlmanların tamamilə dağılması üçün nələr edilə bilər, uzaqdan bunun strategiyasını etmək istəyir.

”Lakin içinizdə olsaydılar ancaq çox az döyüşərdilər” -deyir. Həqiqətən, münafiq heç xidmət etmək istəməz. Yəni onun aşkar xüsusiyyətlərindəndir. Münafiq küfrə xidmət etməkdə çox çalışqandır. Küfr üçün çox qabiliyyətlidir. Məsələn, darvinizmi müdafiə edər, homoseksuallığı müdafiə edər, müsəlmanların əleyhinə məlumat toplayar. Yəni çox qabiliyyətlidir. Amma “İslamı izah et, Quranı izah et, iman həqiqətlərini izah et” desən, izah etməz. İzah etsə belə onun arasına küfri məlumatlar əlavə edərək müsəlmanlara izah etmək istəyər.

Müddəssir surəsi 17 və 25-ci ayələr, Allah: ”Onu” münafiqi ”sərt bir yoxuşa sürükləyəcəyəm” -deyir. Münafiqin həyatı çətindir, yəni çox çətin bir həyatı vardır. Çünki ruhu həmişə bir qarışıqlıq, mübarizə və anarxiya içindədir. Onun üçün Allah deyir: ”Onu sərt bir yoxuşa sürükləyəcəyəm”. Münafiqin həyatının heç bir anı hüzurlu deyil. Həmişə qarışıqlıq, həmişə tələblər, həmişə tənqid, həmişə kin, həmişə hirs, həmişə narahatlıq verən şeytani bir ruha malikdir. Quran buna bu şəkildə işarə edir.

”Çünki o, düşündü”, münafiq düşünür ”və bir ölçü təsbit etdi”. Yəni münafiq planlarını incə-incə ölçü ilə hazırlayar. Bir ölçü təsbit etdi. Yəni əxlaqsızlıq etmədən əvvəl onu planlayır. Allah: ”Lənətə gəlmiş” -deyir. Bu ayə onsuz da münafiqin bəlasını tapacağını göstərir. Allah ”Lənətə gəlmiş, necə bir ölçü qoydu?” –deyir. Münafiqin şeytani olduğu üçün çaşdıracaq, heyrət ediləcək ölçüləri vardır, yəni mübarizə metodları çox ağlasığmazdır. Dayanmadan, bezib yorulmadan yeni taktikalar, yeni üsullar yaradırlar. Amma Allah onu Özünün meydana gətirdiyini söyləyir, ona yaratdığını deyir.

”Üz-gözünü turşudub qaşqabağını tökdü”. Baxışı murdardır, sonra qaşqabağını tökür, üzündə murdar, iyrənc, alçaq, namərd bir ifadə meydana gətirir. Deməli, münafiq üzü ilə çox oynayır. Murdar da göstərə bilər, müşfiq sakit də göstərə bilər. Üzü sanki kukla səhnəsi kimidir, münafiq üzü ilə oynayır, yəni münafiqin sifəti teatr səhnəsi kimidir. ”Üz-gözünü turşudub qaşqabağını tökdü”. Yəni üzünə murdar bir ifadə verir. ”Sonra da arxasını çevirib təkəbbür göstərdi”. Münafiq birdən dönüb gedər xasiyyətidir, birdən dönüb gedər. Gözlənilməz hərəkətlər edər. Məsələn, dayanarkən birdən-birə arxasını dönüb gedə bilər. ”… təkəbbür göstərdi”, eqoizm və azğınlıqdan üzündə qorxunc bir qürur ifadəsi ilə, şeytani bir ifadə ilə ortaya çıxır.

Münafiq “Bunu da başqasından öyrəndi” -deyir. “Yəni özü də bilmir” -deyir. “Ona başqası öyrətdi” -deyir. ”Bu, adi insan kəlamıdır!” Yəni dini adi göstərməyə çalışır. Müsəlmanlar soyusun, şübhəyə düşsünlər, Peyğəmbərin ətrafından dağılıb getsinlər deyə Allahın hökmlərini adi göstərməyə çalışır. Son məqsədi müsəlman birliyini yox etmək, dağıtmaqdır.