Emosionallığın Quranda yeri yoxdur. Çünki Quranda əsas olan “ağıl” sahibi bir mömin olmaqdır. Allah Özündən qorxub çəkinənləri bir nemət olaraq “ağıl” sahibi edir. Ağıl sahibi olan möminlər isə hadisələri hər zaman Allahın Quranda göstərdiyi mütləq doğrular çərçivəsində dəyərləndirirlər. Onlar ağıl və vicdanlarının yönləndirməsi ilə doğru qərarlar verirlər və bu şəkildə hər bir məsələni asanlıqla həll edə bilirlər. Halbuki emosionallıq ağlı örtən ən mühüm amillərdən biridir. Hadisələrə ağıl ilə deyil, duyğuları ilə yanaşan insan doğru ilə yanlışı ayırd edə bilməz. O, obyektiv qərar verə bilməz və buna görə də ədalətli ola bilməz. İnsanların nə düşündüyünə həddindən artıq önəm verdiyi üçün sürətli və düzgün qərarlar qəbul edə bilməz. Emosional xarakterə malik olan bir insanın dəyərləndirmələri Quranın meyarlarına deyil, öz subyektiv dəyər mühakimələrinə əsaslanır.
Quranda emosionallığın yeri varmı?

