Quranda ən əhəmiyyətli mövzu küfrlə mübarizə deyil, münafiqlə mübarizədir. Küfr açıqdır, yəni hədəfini açıq müəyyən edər. Özünü də açıq müəyyən edər. Mübarizə metodu da açıqdır. Amma münafiq elə deyil. Münafiq çox namərddir. Müsəlmanların içərisində şeytani zəka ilə çox incə fırıldaqlarla ayrılmamaq şərti ilə mübarizə aparar. Amma Qurandakı ifadəsi ilə əlbəttə, münafiqin bütün taktikası həmişə müsəlmanların içində olmaz. Münafiq ikinci mərhələsində ayrılma mərhələsinə girər. Ayrılmasında məqsəd də “baxın, mən gedirəm, siz də gedə bilərsiniz. Getdikdə heç bir şey olmur görürsünüz. Bir bəla da olmur, başqa bir şey də olmur, Allah dərd vermir, heç bir şey olmaz”. Bu səbəbdən etdiyi şey “ardı gəlsin” mənasındadır. Lakin münafiqin içi də rahatlamaz. Yəni ardının gəlməsinin mümkün olub olmadığı ilə də maraqlanar.
Onun üçün ayədə “bədəvilərin”, yəni “məlumatı az olan insanların; az oxuyan, az araşdıran insanların içərisindən sizi izləyərlər” -deyir. Nə edirlər görəsən, ayrılan olurmu, bəla gəlirmi, bir dərd gəldimi? “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənirlər”. (Ali İmran surəsi, 120).
Münafiqin əsl hədəfi müsəlman camaatını, birliyini tamamilə dağıtmaqdır. Yəni əsl hədəfinə o zaman çatacağını düşünər, yəni son hədəfi odur.
“Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar”. (Münafiqun surəsi, 7)
“…lakin münafiqlər anlamırlar”. Yəni münafiqlərdə qavraya bilməmək və ağıl zəifliyi çox güclüdür, Allah onu bir möcüzə olaraq ifadə edir. Çox zəki olur, amma anlayış qabiliyyəti, anlama və ağıl qabiliyyəti çox zəifdir. Yəni münafiq bu formada dəlilik dərəcəsində anormaldır. “sonunda dağılıb getsinlər” münafiqin bütün hərəkətləri müsəlman birliyini dağıtmaqdır.
“Lakin içinizdə olsaydılar ancaq çox az döyüşərdilər” -deyir. Həqiqətən, münafiq heç xidmət etmək istəməz. Yəni onun aşkar xüsusiyyətlərindəndir. Münafiq küfrə xidmətdə ağlasığmaz çalışqandır. Küfr üçün çox qabiliyyətlidir. Amma “İslama xidmət et, Quranı izah et, iman həqiqətlərini izah et” desən, izah etməz. İzah etsə belə onun arasına küfr sızıntıları qoyaraq müsəlmanlara izah etmək istəyər. Məsələn, Quran ayəsi açıqlayarkən dərin dövlətin bir işarəsi ilə onu izah edər. Dərin dövlətin bir simvolu ilə onu izah etməyə çalışar. Və yaxud başqa bir mövzunu izah edərkən içərisində homoseksuallığı da müdafiə edən gizli yollar olacaq şəkildə izah edər. Yəni münafiqin hər etdiyində bir pislik, bir əxlaqsızlıq vardır.

