Quranda dua və onun sirləri

Sizi yaratmış, bu dünyaya yerləşdirmiş, ağıl və bədən sahibi etmiş olan Allaha görəsən lazım

Sizi yaratmış, bu dünyaya yerləşdirmiş, ağıl və bədən sahibi etmiş olan Allaha görəsən lazım olduğu qədər yaxınsınızmı? Ona ən son nə vaxt dua etdiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşınca mı yalvarırsınız? Yoxsa Onu davamlı xatırlayırsınızmı? Dua etdiyinizdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltıyla söylədiyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyini dərk edirsiniz? Onun bütün insanların və hər şeyin Yaradıcısı olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi əvvəlcə Rəbbimizdən diləməniz lazım olduğunu düşünürsünüzmü?

Duanın əhəmiyyəti Quranda, “… Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?” (Furqan Surəsi, 77) ayəsiylə xəbər verilir. Allaha dua etməkdə, Ona yaxınlaşmaqda bir sərhəd yoxdur. Bu səbəbdən, hər kəs bu yolu öyrənməklə və ya təkrar etməklə əbədi həyatına fayda verər.

Dua, Allah ilə insanlar arasındakı bir əlaqə yoludur. Allah ilə əlaqə qurma ehtiyacı isə insanın fitrətində, yəni yaradılışında vardır. Möminlər üçün dua etmək, həyatının ayrılmaz və çox təbii bir parçası ikən, bir çoxları üçün dua ancaq böyük çətinliklər üz verincə, həyati təhlükələrlə qarşı-qarşıya qalınca xatırlanacaq bir ibadətdir. Əlbəttə ki, son söylədiyimiz dua formasını Allah məqbul qarşılamaya da bilər. Əsl xeyirli olan həm rahatlıqda, həm də çətinlikdə Allahdan kömək istəməkdir. Məhz bunun üçün də səmimi bir şəkildə Allaha dua edə bilmənin yolları Quranda ətraflı təsvir edilmişdir.

@quranda_ibadetler səhifəsində “Quranda dualar” başlıqlı paylaşımında Qurandakı duaları öyrənib, onlara uyğun dua edə bilərsiniz. Duadakı sirr, səmimi və içdən gəldiyi kimi deyilməsidir, şablon cümlələr və ya anlamadığımız dildə (məsələn ərəbcə) dua olmaz. Dua olaraq surələr oxunmaz. Həkimə necə dərdimizi anladırıqsa Allaha da bu cür dua etməliyik. Sadəcə dünya üçün yox axirət üçün də dua edilməlidir. Dünya mənfəəti yox, Allahdan dərin elm, dərin iman istəmək, ruh sahiblərindən olmağı diləmək gərək.