Quranda dedi-qodunun yeri nədir?

Allah Quranda möminlərə bir-birlərinin arxasınca danışmağı (qeybət etməyi) qadağan etmiş və bunu çirkin bir davranış kimi göstərmişdir:

… Bir-birinizi güdməyin və bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz, ölmüş qardaşının ətini yeməkdən xoşlanarmı?! Gördünüzmü bu sizdə ikrah hissi oyatdı. Allahdan qorxun! Şübhəsiz ki, Allah tövbələri çox qəbul edəndir, rəhmlidir. (Hucurat surəsi, 12)

Ayədəki bu əmrə əsasən, Allahın dinini yaşayan, bir-birinə qardaş kimi yanaşan insanlar belə bir davranışdan uzaq dururlar. Əksinə, möminlər bir- birlərini həmişə yaxşı sözlərlə yad edir, daim onların gözəl xüsusiyyətlərini ön plana çıxarmağa çalışırlar və Allaha təslim olmuş insanlarda nöqsan və qüsur axtarmağa cəhd etmirlər. Buna görə də, din əxlaqından uzaq mühitlərdə insanlara böyük narahatlıq yaradan dedi-qodu, Allahın qoyduğu hədləri qoruyan möminlər arasında heç vaxt rast gəlinməyən bir əxlaq pozuntusudur. Əgər bir mömin başqa bir mömində nöqsan və ya səhv davranış görərsə, bunu onun arxasınca başqaları ilə müzakirə etməz. Bunun əvəzinə möminlər birbaşa bir-birlərinə həmin səhvləri düzəltmək üçün nəsihət verərlər.