Quran Ayələrində Cəhənnəmlə Əlaqədar Nələr Bildirilmişdir?
Quran ayələrində cəhənnəmdə tam mənasıyla bir həyat olduğu xəbər verilir. Ancaq bu həyat hər cür alçaldılmaların, zəlilliyin, səfilliyin, fiziki və psixoloji əziyyətlərin yaşandığı bir həyatdır.
İnsanın dünya həyatında sahib olduğu meyarlar, cəhənnəm əzabını tam olaraq qavramağa yetərli deyil. İnkarçılar cəhənnəmdə hər istiqamətdən, maddi-mənəvi böyük bir əzab yaşayarlar. Üstəlik, bu əzabda heç bir fasilə və ya yüngülləşmə də olmaz. Ayələrdə belə deyilir:
(Qovulmuş şeytandan Allaha sığınıram!)
“Əsla! Həqiqətən, o (cəhənnəm) alovlu bir oddur. (O alov) başın dərisini sıyırıb çıxardar. O, haqqa arxa çevirəni və ondan üz döndərəni çağırar. Mal-mülk yığıb saxlayanı da.” (Məaric surəsi, 15-18)
