Dövrümüzün xəstəlikləri adlandırılan “stress və depressiya” insana sadəcə psixoloji zərər vermir, eyni zamanda insan bədənində müxtəlif fiziki təsirlərlə də özünü göstərir.
Bəzən qəfil qorxu və şok yaradan vəziyyətlər, bəzən də xroniki stress saçların qısa zaman ərzində ağarmasına səbəb olur. Bu sürətli saç ağarma prosesi, əslində, saçın rəngli hissəsinin tökülüb rəngi dəyişən ağ saçların qalması halıdır. Bu xəstəliyə bədənin immun sistemində baş verən hadisələr səbəb olur və bədən özünə qarşı hərəkətə keçir. Bu sahədə araşdırma aparan elm adamları immun sistemini tük köklərinə qarşı hərəkətə keçirən səbəbin piqment istehsal ilə əlaqəli olduğunu düşünürlər. Bu səbəbdən piqment yaratmayan ağ saç folikulları immun sisteminin bu hücumundan təsirlənmir, piqment əmələ gətirən rəngli saçlar isə saçqıran xəstəliyinin təsiri ilə tökülür. Siçanlar üzərində aparılan araşdırmada xroniki stresin DNT-də ziyana səbəb olan mexanizm yaratdığı və bunun saç ağarmasına gətirib çıxardığını müəyyən etmişlər.
Saçların ağarması kimi bir çox fiziki və ruhi sıxıntılara səbəb olan stress Allahın Quranda dindən uzaq yaşayan insanlarla bağlı bildirdiyi vəziyyətdir: “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq…” (Ta ha surəsi, 124) ayəsi ilə Rəbbimiz təvəkkülsüz qullarının çətin və stresli həyat yaşayacaqlarına diqqət çəkir.

