Quranda bəhs edilən “qəlbində xəstəlik olan kəslər” kimlərdir?

Quranda keçən bu ifadə, Allaha, dinə və möminlərə qarşı səmimiyyətində əskiklik olan, imanı zəif olan insanlar üçün işlədilir. Burada bəhs edilən xəstəlik fiziki mənada deyil, mənəvi mənada qəlb xəstəliyi, başqa sözlə, iman zəifliyidir.

Qəlblərində xəstəlik olan insanlar adətən bunu müxtəlif davranış pozuntuları ilə büruzə verirlər. Quranda bu insanların Allahı az zikr etmələri, Quran əxlaqını yaşamamaları, dinə xidmət mövzusunda şövqsüz və süst olmaları, ibadətlərdə istəksiz və tənbəl davranmaları, möminlərə qarşı sevgisiz və soyuq münasibət göstərmələri, qorxaq olmaları, bir çətinliklə qarşılaşdıqları zaman din əxlaqından güzəştə getmələri kimi əlamətlərlə tanındıqları bildirilmişdir. Allah bir ayəsində bu əlamətlərin Özünün dilədiyi qulları tərəfindən başa düşülə biləcəyini belə xəbər verir:

Yoxsa qəlbində xəstəlik olanlar (münafiqlər) Allahın onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər? Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 29-30)