Şübhəsiz ki, onların hekayələrində təmiz ağıl sahibləri üçün ibrət vardır. (Bu Quran) uydurulan bir söz deyildir. Lakin o, özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən, hər şeyi açıq şəkildə izah edən (bir kitab) və iman edən bir qövm üçün hidayət və rəhmətdir. (Yusif surəsi, 111)
Allah Yusif surəsindəki bu ayə ilə Quranda nəql edilən hekayələrdə ibrətlərin olduğunu bildirir. Bu hekayələrdə danışılan hadisələr möminlər üçün bir çox baxımdan nümunə təşkil edir. Keçmişdə yaşamış insanların səhvlərini təkrar etməmək, peyğəmbərlərin və möminlərin müxtəlif vəziyyətlərdə necə davrandıqlarını və necə uğur qazandıqlarını görərək onlardan nümunə götürmək, onların üstün əxlaqını görüb tətbiq etməyə çalışmaq, keçmiş hadisələri və onların nəticələrini nəzərə alaraq bugünkü hadisələri düzgün dəyərləndirmək kimi bir çox cəhətdən bu hekayələrin möminlər üçün böyük əhəmiyyəti vardır.

