Quranda axırzaman ilə bağlı digər bəzi məlumatlar

Quran möminlərin həyatlarının bütün sahələrini əhatə edən, hər hökmün tam qeyd olunduğu Allahın bənzərsiz kitabıdır. Quranın ən böyük möcüzələrindən biri, ilk vəhyin enməsindən indiyədək, hər əsrdə yaşayan bütün müsəlmanların, Quranın öz əsrlərinin bütün ehtiyaclarını həll etdiyini görmələridir.

Quranda, xüsusilə peyğəmbər hekayələrində Axırzamana işarə edən ayələr var. Bu hekayələr üzərində düşünüldüyü zaman, dövrümüzdəki hadisələrə işarə edən çox mühüm sirlər tapmaq mümkündür. Allah Quranda möminləri hekayələr barəsində düşünməyə təşviq edir:

And olsun ki, onların hekayələrində təmiz ağıl sahibləri üçün ibrətlər var. (Bu Quran) uydurulacaq bir söz deyil, lakin özündən əvvəlkilərin təsdiqləyicisi, hər şeyin müxtəlif formalarda açıqlaması və iman gətirəcək cəmiyyət üçün hidayət və rəhmətdir. (Yusif surəsi, 111)

Quran hər əsrə hökm edən bir kitabdır və ayələrin çoxunda birdən çox məna var. Ayələrdəki işarələr də bunun açıq dəlillərindəndir. Quranda, Peyğəmbərimiz (s.ə.v) dövründə yaşanan hadisələr bildirildiyi kimi, Axırzamandakı hadisələr də işari şəkildə bildirilir. Ayələrdə Peyğəmbərimiz (s.ə.v) dövründə möminlərin apardıqları mübarizə, ədalətli tətbiqləri və yaşayışları bildirilərkən, eyni zamanda bütün əsrlərə istiqamətli nəsihətlər də var. Hər bir ayədə, diqqətli oxuyanlar üçün bir neçə mənalar var. Həmçinin ayələrdə insanların ehtiyac duyduqları hər şey açıqlanır.

Bir ayədə Quranın bu xüsusiyyəti; “…Biz Kitabı sənə hər şeyin açıqlayıcısı, müsəlmanlara da bir hidayət, rəhmət və müjdə olaraq nazil etdik” (Nəhl surəsi, 89) şəklində bildirilir. Bir çox ayədə isə, Qurandakı nümunələr üzərində düşünməyimiz və onlardan ibrət çıxarmağımız nəsihət edilir. Allah, Quran ayələri barəsində düşünməyi əmr etdiyi ayələrdən bir neçəsində belə buyurur:

And olsun ki, bu Quranda hər nümunədən insanlar üçün müxtəlif açıqlamalar verdik. İnsanların əksəriyyəti isə, ancaq inkarda müqavimət göstərdilər. (İsra surəsi, 89)

And olsun ki, Biz bu Quranda, bəlkə öyüd alıb düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik. (Zumər surəsi, 27)

İslam əxlaqının dünyaya hakim olması, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından sonra qiyamətə qədər gerçəkləşəcək Axırzaman əlamətlərinin ən əhəmiyyətlilərindən biridir.

Qurani Kərimdə, hz. İsa (ə.s)-ın yer üzünə təkrar qayıdacağına dair dəlilləri əvvəlki hissələrdə təfsilatlı şəkildə gördük. Bu aydın dəlillərlə yanaşı, Quranda Axırzaman, hz. Mehdi (ə.s) və Quran əxlaqının dünyada hakim olması barəsində də bir çox işari mənada ayələr var. Quranda müsəlmanların İslam əxlaqını yer üzünə hakim edəcəklərinin xəbər verildiyi ayələrdən biri Nur surəsindədir:

Allah aranızdan iman gətirənlərə və saleh əməllər işləyənlərə vəd etmişdir: şübhəsiz ki, özlərindən əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Kim bundan sonra inkar etsə – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

Peyğəmbərimiz (s.ə.v)-in də, Axırzaman mövzusuna Quranda işarə olduğunu bildirən müxtəlif hədisləri var:

Mehdi eynilə Zülqərneyn və Süleyman kimi dünyaya hökm edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29)

Göründüyü kimi bu hədis, Quranda qeyd olunan hz. Zülqərneyn (ə.s) və hz. Süleyman (ə.s) hekayələrini, hz. Mehdi (ə.s) mövzusuyla əlaqəli şəkildə araşdırmağımıza işarə edir.

Aşağıdakı hədislərlə də Kəhf və Talut hekayələrində Axırzamana işarə edən çox mühüm işarələr olduğu xəbər verilir. Peyğəmbərimiz (s.ə.v)-in, Axırzaman və hz. Mehdi (ə.s) ilə əlaqədar hədislərini burada verilən nümunələrdə də göründüyü kimi, xüsusilə Qurandakı hekayələrlə əlaqə yaradaraq izah etməsi, söylədiyimiz məsələyə çox güclü dəlildir. Peyğəmbərimiz (s.ə.v) belə buyurub:

Əshabi-Kəhf, Mehdinin köməkçiləri olacaq. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy il Ahir Zaman, səh. 59)

Mehdinin köməkçilərinin sayı Talut ilə çayı keçənlər qədərdir. (Kitab ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 57)

Bu nöqteyi-nəzərdən araşdırıldığı zaman, Quranda İslam əxlaqının yer üzünə hakim olacağı bir dövrün varlığına işarə edən bir çox ayə olduğu görünür. Ayələrdəki gerçəkləşəcək hadisələrlə əlaqədar işarələrlə yanaşı, bu hadisələrin tarixlərinə istiqamətli işarələr də var.

Bu tarixlər müxtəlif hesablama üsullarıyla müəyyənləşdirilir. Bu üsulların başında isə əbcəd hesabı gəlir. Bu hesablama üsulu, çox keçmiş tarixlərə qədər uzanan və hələ Quran nazil olmamışdan əvvəl geniş istifadə olunan bir yazı formasıdır. Qədim dövrlərdən bəri, bütün hadisələr, hərflərə rəqəm dəyəri verilərək yazılır və beləliklə də, hər hadisənin tarixi də qeydə alınmış olardı. Bu tarixlər, istifadə edilən hər hərfin xüsusi rəqəm dəyərlərinin cəmlənməsi ilə əldə edilirdi.

Keçmişdəki bəzi İslam alimləri, əbcəd üsulu ilə ayələrə baxaraq bir çox hadisənin tarixini əvvəlcədən təxmin ediblər. Bu gün də Quranda işlənən bəzi ayələrə baxıldığı zaman, bu ayələrin mənalarına uyğun bəzi tarixlərə uyğun gəldiyini görərik. Həmçinin bu ayələrdə bəhs edilən hadisələrin əbcəd hesablarıyla əldə edilən tarixlərdə gerçəkləşdiyini gördükdə isə, həmin ayələrdə hadisə ilə bağlı gizli işarə ola biləcəyini anlayarıq (doğrusunu Allah bilər).

İrəliləyən səhifələrdə bəzi ayələrin içindəki əlaqədar hissələrinin əbcəd hesablarını verəcəyik. Əbcədləri hesablanmış bu ayələrin məna cəhətdən məzmunlarına baxıldığı zaman, müəyyən tarixlərə istiqamətli mühüm işarələr olduğu görülə bilər.

And olsun Kitab əhlindən ölmədən əvvəl ona iman gətirməyəcək heç kim yoxdur. Qiyamət günü o da onların əleyhinə şahid olacaq. (Nisa surəsi, 159)

“…Kitab əhlindən ölmədən əvvəl ona iman gətirməyəcək heç kim yoxdur…”

HİCRİ: 1439, MİLADİ: 2017

Yuxarıdakı ayədə hz. İsa (ə.s)-ın ölümündən əvvəl bütün Kitab əhlinin ona inanacağı xəbər verilir. Bu hadisənin təkcə Axırzamanda, hz. İsa (ə.s)-ın ikinci dəfə yer üzünə gəldiyi zaman gerçəkləşəcəyini kitabın əvvəlində bildirmişdik. Eyni ayənin yuxarıda ifadə edilən hissəsinin əbcəd dəyərinin bizə göstərdiyi tarix isə 2017-ci ildir. Bu rəqəmin, hz. İsa (ə.s)-ın yer üzünə təkrar gələcəyi və ya yer üzündə olacağı bir tarixə işarə etməsi mümkündür (doğrusunu Allah bilər). Aşağıdakı əbcəd dəyərlərinin də bənzər şəkildə hz. İsa (ə.s)-ın yer üzündə olacağı dövrün tarixlərinə işarə olması mümkündür.

Şübhəsiz ki, O (İsa) qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Dosdoğru yol budur. (Zuxruf surəsi, 61)

“Şübhəsiz ki, O qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın…”

MİLADİ: 2026

“Qorxma!” dedik. “Mütləq sən üstün gələcəksən”. (Taha surəsi, 68)

MİLADİ: 1956

Bir zaman Allah peyğəmbərlərdən: “And olsun, sizə Kitab və hikmət verdikdən sonra, sizə özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə (1) ona qəti iman gətirəcək və yardım edəcəksiniz” deyə qəti əhd almış və: “Razısınızmı və verdiyim bu ağır məsuliyyəti qəbul edirsinizmi?” demişdi. Onlar: “Razıyıq!” demişdilər. Allah da: “Elə isə, şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam (2)” demişdir.

(1) MİLADİ: 1956

(2) HİCRİ: 1416, MİLADİ: 1994

Biz isə, yer üzündə gücdən salınanlara (1) lütf etmək, onları öndərlər və varislər etmək (2) istəyirik. (Qəsas surəsi, 5)

(1) MİLADİ: 1996

(2) … öndərlər … və varislər etmək – MİLADİ: 2021

Biz səni yalnız müjdə verən və xəbərdar edib qorxudan kimi göndərdik. (Furqan surəsi, 56)

MİLADİ: 1981

(həmçinin surə nömrəsi (25) x ayə nömrəsi (56) = 1400 (miladi 1981)

Məhz beləliklə Biz yer üzündə Yusifə güc və imkan (iqtidar) verdik. Belə ki, orada (Misirdə) istədiyi yerdə qaldı. Biz istədiyimizə mərhəmətimizi nəsib edər və yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Yusif surəsi, 56)

MİLADİ: 2017

Dedi: “Bir-birinizə düşmən olaraq hamınız oradan enin. Artıq sizə Məndən bir yol göstərən gələcək; kim Mənim hidayətimə tabe olsa artıq o azmaz və bədbəxt olmaz. (Taha surəsi, 123)

MİLADİ: 1982

De: “Hər kəs gözləyir, siz də gözləyin. Sonunda, dümdüz (dosdoğru) yolun sahibləri kimlərmiş və doğru yola gələn kimlərmiş, çox yaxında öyrənəcəksiniz”. (Taha surəsi, 135)

MİLADİ: 2023

Və onları, öz əmrimizlə hidayətə yönəldən öndərlər etdik və onlara yaxşı işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edənlərdi. (Ənbiya surəsi, 73)

MİLADİ: 1984

Əlif, Ləm, Mim. Rum (orduları) məğlubiyyətə uğradı. (Rum surəsi, 1-2)

MİLADİ: 1980

Bir neçə il ərzində. Bundan əvvəl də, sonra da əmr Allahındır və o gün möminlər sevinəcəklər. (Rum surəsi, 4)

MİLADİ: 2010

And olsun, Biz Zikrdən sonra Zəburda: “Şübhəsiz ki, yer üzünə Mənim saleh qullarım varis olacaqlar” deyə yazdıq. (Ənbiya surəsi, 105)

MİLADİ: 2051

İstəsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik ki, ona boyunları əyilmiş qalarlar. (Şuəra surəsi, 4)

MİLADİ: 2022

Bu əvvəlki xəbərdarlıq edənlərdən bir xəbərdar edəndir. (Nəcm surəsi, 56)

MİLADİ: 2031

Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salat edərlər (salam verərlər). Ey iman gətirənlər, siz də ona salat edin (salam verin) və tam təslimiyyətlə ona salam verin. (Əhzab surəsi, 56)

MİLADİ: 1986

Şübhəsiz ki, Biz səni haqla müjdə verən və xəbərdar edən biri olaraq göndərdik. Heç bir ümmət yoxdur ki, içində bir xəbardar edən gəlib-keçmiş olmasın. (Fatir surəsi, 24)

MİLADİ: 1983

Özləriylə, içlərində bərəkətlər yaratdığımız məmləkətlər arasında (biri digərindən) görünə bilən şəhərlər yaratdıq və orada yerimə (imkanlarını) təqdir etdik: “Oralarda gecələr və gündüzlər təhlükəsizlik içində gəzib dolaşın” (dedik). (Səba surəsi, 18)

MİLADİ: 2023

Özlərinə Kitab verdiyimiz kəslər onu (peyğəmbəri) övladlarını tanıdıqları kimi tanıyırlar. Buna baxmayaraq onların bir qismi, bildikləri halda həqiqəti gizlədirlər. (Bəqərə surəsi, 146)

MİLADİ: 1959

Biz ayələrimizi həm afaqda, həm də onların özlərində mütləq göstərəcəyik; belə ki, şübhəsiz, onun haqq olduğu özlərinə açıqca bəlli olsun. Hər şeyin üzərində Rəbbinin şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

MİLADİ: 1990

Və insanların Allahın dininə dəstə-dəstə girdiklərini gördüyün zaman, dərhal Rəbbini həmd ilə təqdis et və Ondan bağışlanma dilə. Çünki O, tövbələri çox qəbul edəndir! (Nəsr surəsi, 2-3)

MİLADİ: 2016

Sənin zikrini (şənini) ucaltmadıqmı? (İnşirah surəsi, 4)

MİLADİ: 2009

Və heç ŞÜBHƏSİZ; BİZİM ORDULARIMIZ, ÜSTÜN GƏLƏCƏK OLANLAR ONLARDIR. (Saffat surəsi, 173)

MİLADİ: 1994

“Elçilərini hidayət və haqq dinlə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcək; müşriklər xoşlamasa da”. (Saff surəsi, 9)

MİLADİ: 1980 və şəddəsiz 2021

Onu satın alan Misirli (Əziz) arvadına: “Onun yerini üstün tut (ona yaxşı bax), ümid edilir ki, bizə bir faydası toxunar və ya onu övladlığa götürərik!” dedi. Beləliklə biz, Yusifi yer üzündə (Misirdə) məskun etdik. Ona sözlərin şərhindən (olan məlumatı) öyrətdik. ALLAH, ƏMRİNİ QƏLƏBƏ İLƏ BAŞA ÇATDIRANDIR, lakin insanların çoxu bilmir. (Yusif surəsi, 21)

MİLADİ: 2014

Kim Allahı, Rəsulunu və iman gətirənləri dost (vəli) tutsa, şübhəsiz ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 56)

MİLADİ: 2055

Allah göylərin və yerin nurudur (1). Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxça kimidir; çıraq bir şüşə içərisindədir; şüşə, sanki inci kimi bir ulduzdur ki (2), şərqə və qərbə aid olmayan daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldər (3). Allah insanlar üçün nümunələr verər. Allah hər şeyi Biləndir. (Nur surəsi, 35)

(1) MİLADİ: 1959

(2) MİLADİ: 2037

(3) MİLADİ: 1980

Rəbbinin nemətindən dayanmadan danış. (Duha surəsi, 11)

HİCRİ: 1376, MİLADİ: 1956

De: “Hər kəs gözləyir, siz də gözləyin. Sonunda, dümdüz (dosdoğru) yolun sahibləri kimlərmiş və doğru yola gələn kimlərmiş, çox yaxında öyrənəcəksiniz”. (Taha surəsi, 135)

MİLADİ: 2023

And olsun, onlara öz aralarından bir elçi gəlmişdi, lakin onu yalançı hesab etdilər; beləcə onlar, zülmlərinə davam etdikləri zaman əzab onları yaxaladı. (Nəhl surəsi, 113)

MİLADİ: 2007

Şübhəsiz ki, sənə beyət edənlər Allaha beyət etmişlər. Allahın əli onların əllərinin üstündədir. Bu halda, kim əhdini pozsa, artıq o, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, artıq O da, ona böyük mükafat verəcək. (Fəth surəsi, 10)

MİLADİ: 2025

“Çəkinib rəhmətə qovuşmağınız üçün, aranızdan sizi xəbərdar edib qorxudacaq bir insan vasitəsi ilə bir zikr (kitab) gəlməsinə təəccübləndiniz?” (Əraf surəsi, 63)

HİCRİ: 1433, MİLADİ: 2011

“…Doğrusu, Allah sizin üçün onu seçdi və onun məlumat və bədən gücünü artırdı…” (Bəqərə surəsi, 247)

HİCRİ: 1418, MİLADİ: 1996

Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız. (Yunis surəsi, 14)

MİLADİ: 2048

ƏLBƏTTƏ, RƏBBİN SƏNƏ RAZI OLDUĞUN NEMƏTİ VERƏCƏK, beləcə sən məmnun qalacaqsan. (Duha surəsi, 5)

Miladi vav ilə 2015, vav-sız 2009

Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız və əgər pislik etsəniz o da (öz) əleyhinizədir. Sonunda vəd gəldiyi zaman (yenə elə qullar göndərərik ki,) üzünüzü “pis vəziyyətə salsınlar” birincisində ona girdikləri kimi məscidə (Qüdsə) girsinlər və ələ keçirtdiklərini “darmadağın edib məhv etsinlər”. (İsra surəsi, 7)

MİLADİ: 2019

Və heç şübhəsiz; bizim ordularımız üstün gələcək olanlar onlardır. (Saffat Surəsi, 173)

HİCRİ: 1410, MİLADİ: 1988 (şəddəli)

Elə isə kafirlərə itaət etmə və onlarla (Quranla) böyük MÜBARİZƏ apar. (Furqan surəsi, 52)

HİCRİ: 1400, MİLADİ: 1979

Rəbbimiz, içlərindən onlara bir elçi göndər, onlara ayələrini oxusun, Kitabı və hikməti öyrətsin və onları təmizləsin!… (Bəqərə surəsi, 129)

MİLADİ: 1980

Məhz qəlblərində xəstəlik olanları: “Zamanın, fəlakətləriylə əleyhimizə dönüb bizə toxunmasından qorxuruq” deyərək aralarında səy göstərdiklərini görərsən. Ümid edilir ki, Allah bir qələbə və ya dərgahından bir əmir gətirəcək ki, onlar nəfslərində gizlətdiklərindən ötrü peşman olacaqlar. (Maidə surəsi, 52)

MİLADİ: 1996

Və sevəcəyiniz başqa bir (nemət) daha var: Allahdan “kömək və zəfər (nüsrət)” və yaxın bir qələbə. Möminlərə müjdə ver! (Saff surəsi, 13)

HİCRİ: 1402, MİLADİ: 1981

Allah aranızdan iman gətirənlərə və saleh əməllər işləyənlərə vəd etmişdir: şübhəsiz ki, özlərindən əvvəlkiləri necə “güc və iqtidar sahibi” etdisə, onları da yer üzündə “güc və iqtidar sahibi” edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərində hakim edib möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcək. Onlar yalnız Mənə ibadət edər və heç nəyi Mənə şərik qoşmazlar. Kim bundan sonra inkar etsə – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

MİLADİ: 2013

Beləcə, Rəbbin səni seçəcək, sözlərin şərhindən sənə öyrədəcək və daha əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənin və Yaqub ailəsi üzərindəki nemətini tamamlayacaq… (Yusif surəsi, 6)

HİCRİ: 1443, MİLADİ: 2020 (şəddəsiz)

Peyğəmbərləri onlara dedi ki: Allah sizə Talutu (məlik olaraq) göndərdi… (Bəqərə surəsi, 247)

HİCRİ: 1420, MİLADİ: 1998

Həqiqətən, biz ona yer üzündə çox möhkəm iqtidar verdik və ona hər şeydən bir yol (səbəb) verdik. (Kəhf surəsi, 84)

HİCRİ: 1440, MİLADİ: 2017 (şəddəli)

Beləcə ikisi, iki dənizin birləşdiyi yerə çatdıqda balığı unutdular; (balıq) dənizdə axına doğru öz yolunu tutdu. (Kəhf surəsi, 61)

HİCRİ: 1405, MİLADİ: 1984

Dedi: Rəbbimin məni möhkəm iqtidarla hakim qıldığı (güc, nemət və imkan) daha xeyirlidir. Madam ki, elədir, mənə (insani) güclə kömək edin ki, sizinlə onlar arasında möhkəm bir maneə yaradım. (Kəhf surəsi, 95)

HİCRİ: 1409, MİLADİ: 1987 (şəddəsiz)

Ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlamaqdan başqasını istəmir. (Tövbə surəsi, 32)

HİCRİ: 1423, MİLADİ: 2002

Yoxsa onlar: “Allaha qarşı yalan uydurmuşdur!” deyirlər? Halbuki əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah, batili yox edib ortadan qaldırar və öz sözləri ilə haqqı haqq olaraq gücləndirər (gerçəkləşdirər). Çünki O, kökslərdə olanı biləndir. (Şura surəsi, 24)

MİLADİ: 2014

Bir zaman Məryəm oğlu İsa da: “Ey İsrail oğulları! Həqiqətən, mən sizin üçün Allahdan göndərilmiş bir elçiyəm. Məndən əvvəlki Tövratı təsdiqləyən və məndən sonra adı “Əhməd” olan bir elçinin də müldələyicisiyəm” demişdi. Lakin o, onlara açıq-aydın dəlillər gəldikdə: “Bu, açıqca sehrdir!” dedilər. (Saff surəsi, 6)

MİLADİ: 2011

Şübhəsiz ki, O (İsa) qiyamət saatı üçün bir elmdir (əlamətdir). Elə isə ondan yana heç bir şübhəyə qapılmayın və Mənə tabe olun. Dosdoğru yol budur. (Zuxruf surəsi, 61)

MİLADİ: 2026

Onlar ki, onları yer üzündə yerləşdirsək, iqtidar sahibi etsək, namazı dosdoğru qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha aiddir. (Həcc surəsi, 41)

HİCRİ: 1400, MİLADİ: 1979

Yaratdıqlarımızdan haqqa yönəldən və onunla ədaləti tətbiq edən bir ümmət var. (Əraf surəsi, 181)

MİLADİ: 1987

Artıq xeyr; and içirəm (gündüz) yox olub (gecə) dönən (planet) lərə, müəyyən axın içində yerini tutanlara… (Təkvir surəsi, 15-16)

HİCRİ: 1459, MİLADİ: 2036

(Peyğəmbərlər) qələbə istədilər. Sonunda hər inadkar dikbaş məğlubiyyətə uğrayaraq (yox olub) getdi. (İbrahim surəsi, 15)

MİLADİ: 1993

Onlar ki, yanlarındakı Tövrat və İncildə (gələcəyinin) yazılmış olduğunu görəcəkləri ümmi xəbər gətirən (Nəbi) olan elçiyə (Rəsula) itaət edərlər; o, onlara marufu (yaxşılığı) əmr edir, münkəri (pisliyi) qadağan edir, təmiz şeyləri halal, murdar şeyləri isə haram edir və onların ağır yüklərini, üzərlərindəki zəncirləri endirir. Ona iman gətirənlər, dəstək olub müdafiə edənlər, kömək edənlər və onunla birlikdə endirilən nuru izləyənlər; məhz onlar nicat tapanlardır. (Əraf surəsi, 157)

MİLADİ: 2025

Allah üçün lazımınca cihad edin. O, sizi seçmiş və din mövzusunda sizə çətinlik yaratmamışdır, atanız İbrahimin dinində olduğu kimi, (1). O (Allah) bundan daha əvvəl də, bunda (Quranda) da sizi “müsəlmanlar” adlandırdı (2); elçi sizin üzərinizdə şahid olsun, siz də insanlar üzərində şahid olasınız deyə (3). Artıq dosdoğru namazı qılın, zəkatı verin və Allaha sarılın, sizin mövlanız Odur. Budur, O necə də gözəl Mövla, necə də gözəl Yardımçıdır. (Həcc surəsi, 78)

MİLADİ: 1911

(2) MİLADİ: 2034

(3) MİLADİ: 2026

Bir də deyirlər ki; “Rəbbindən üzərinə bir ayə (möcüzə) endirilsin görək!..” De: “Qeyb ancaq Allaha məxsusdur, siz gözləyin; mən də sizinlə birlikdə gözləyənlərdənəm”. (Yunis surəsi, 20)

MİLADİ: 2002 (şəddəsiz)

Məhz göyün və yerin Rəbbinə and olsun ki, şübhəsiz ki, o (sizə vəd edilən) sizin (aranızda) danışdıqlarınız qədər, əlbəttə, qəti həqiqətdir. (Zariyat surəsi, 23)

HİCRİ: 1459, MİLADİ: 2036

Sonunda onlar özlərinə vəd ediləni gördükləri zaman, köməkçi olmaq baxımından kimin daha zəif və say baxımından kimin daha az olduğunu artıq öyrənmiş olacaqlar. (Cin surəsi, 24)

MİLADİ: 1995 (şəddəli və tənvinli)

Onları mərhəmətimizə qovuşdurduq, şübhəsiz ki, onlar saleh kimsələr idi. (Ənbiya surəsi, 86)

MİLADİ: 2066

(Uşağın doğulub böyüməsindən sonra ona dedik:) “Ey Yəhya, Kitabdan möhkəm yapış”. Hələ uşaq ikən ona hikmət verdik. (Məryəm surəsi, 12)

MİLADİ: 2067

Bu halda sən səbr et. Həqiqətən, Allahın vədi haqdır. Günahın üçün bağışlanma dilə; axşam və səhər Rəbbini həmd ilə təqdis et. (Mümin surəsi, 55)

MİLADİ: 2001

“Ey Davud! Həqiqət budur ki, Biz səni yer üzündə xəlifə təyin etdik (1). Elə isə insanlar arasında ədalətlə hökm et, arzu və ehtiraslara (nəfsə) uyma (2); sonra səni Allahın yolundan azdırar. Şübhəsiz ki, Allah yolundan azanlara, haqq-hesab gününü unutduqları üçün şiddətli əzab var”. (Sad surəsi, 26)

(1) MİLADİ: 2021

(2) HİCRİ: 1446, MİLADİ: 2023

Onun mülkünü möhkəmləndirmişdik. Ona hikmət və valehedici izahat qabiliyyəti bəxş etmişdik. (Sad surəsi, 20)

HİCRİ: 1426, MİLADİ: 2004

Biz də ona həlim xasiyyətli bir uşaqla müjdə verdik. (Saffat surəsi, 101)

MİLADİ: 2019 (şəddəli)

Deyərlər: “Əgər doğru deyirsinizsə, bu qələbə nə vaxtdır?” (Səcdə surəsi, 28)

MİLADİ: 2041

Yaxud: “Onda divanəlik var” deyirlər? Xeyr, o, onlara haqq ilə gəlmişdir və onların əksəriyyəti haqqı çirkin qarşılayır. (Muminun surəsi, 70)

MİLADİ: 2022 (şəddəsiz)

Onlardan əvvəlkilər də hiylə qurmuşdular; lakin hiylə qurmağın (tədbirlərin, qarşılıq verməyin) hamısı Allaha məxsusdur (1). Hər bir nəfsin nə qazandığını O bilir. Bu yurdun sonu kimindir, inkar edənlər çox yaxında biləcəklər (2). (Rad surəsi, 42)

(1) MİLADİ: 1988

(2) MİLADİ: 1990 (şəddəsiz), 2974 (şəddəli)

Onlar özlərinə mələklərin, yaxud Rəbbinin yaxud da Rəbbinin bəzi ayələrinin (əlamətlərinin) gəlməsini gözləyirlər? Rəbbinin bəzi ayələri (əlamətləri) gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış insana iman gətirməsi fayda verməyəcək. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik”. (Ənam surəsi, 158)

MİLADİ: 1983

Özlərinə haqq gəldikdə onu yalan saydılar (1); lakin lağa qoyduqlarının xəbərləri onlara gələcək (2). (Ənam surəsi, 5)

(1) MİLADİ: 2015, (2) MİLADİ: 1990

Ey insanlar, şübhəsiz elçi sizə Rəbbinizdən haqqla gəldi. Elə isə iman gətirin, sizin üçün xeyirlidir. Əgər inkar etsəniz, şübhəsiz ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allah biləndir, hökm və hikmət sahibidir. (Nisa surəsi, 170)

MİLADİ: 2014