Qurani kərimdə “sirat körpüsü” adlı termindən istifadə edilməyib. Həmçinin Quranda istifadə olunan “sirat” sözü yalnız “haqq yol, doğru yol” mənasındadır.
“Sirat” sözünün əsil mənası düz yol deməkdir. Həmçinin Qurani kərimin bəzi aylərində buna bir başa işarə edilmişdir:
“İlahi bizi düz yola hidayət et.”[Fatihə surəsi, 5]
Həqiqətən Allah mənim və sizindir. Ona ibadət edin. Bu düz yoldur.”[Ali- imran surəsi, 51]
O kəs ki, Allaha söykənə (təvəkkül edə) düz yola yönəlmişdir.”[Ali- imran surəsi, 101]
Bu düz olan yol sənin Allahınındır.”[Ənam surəsi, 126]
Bütün bu ayələrdəki “sirat” sözündən məqsəd düz və haqq yoldur. Əgər insanlar dünyada bu haqq və doğru yolda olsalar, axirətdə də doğru yolda olanların sırasında olacaqlar.
İnsanlar Qurana tabe olmadıqda Qurandan xaric qaynaqlara inanır və həyatlarını çətinləşdirən bütün inanclara qapı açırlar. Allah Qurana tabe olanların üzərindən çətinliyi götürəcəyini və gözəl həyat yaşadacağını bildirir.
Allahın varlığını bildirmədiyi sirat körpüsü mövzusu da bu cür yanlış inanclardan biridir.
SİRAT KÖRPÜSÜ YOXDUR. Olsaydı, Allah Quranda mütləq bildirərdi…

