Quranda Allahın təkəbbürlənənləri sevmədiyi ifadə edilir, Qurana görə təkəbbürlənmək nə deməkdir?

Qurana görə, təkəbbürlü insanın ən əsas xüsusiyyəti, sahib olduğu hər şeyin ona Allah tərəfindən verildiyini unudub, bununla öyünmək və təkəbbür göstərmək, cahilcəsinə özünü üstün hesab etməkdir. Bu mövzudakı əhəmiyyətli bir yanılma, öyünərək Allaha qarşı təkəbbürlənən insanların həmişə düşüncəsiz xarakterli kəslər olduğunun düşünülməsidir. Halbuki, bir insanın gözəlliyini özündən bilməsi və bunun təsirində olması, qazandığı müvəffəqiyyətlərlə öyünməsi, özünü həmişə yetərli görməsi və heç vaxt “görəsən daha vicdanlı ola bilərəmmi?” deyə düşünməməsi, qürur və təkəbbür içində olması, təkəbbürlənməyin nümunələrindəndir. Bu səbəblə, hər insan bundan şiddətlə çəkinərək, Allaha qarşı aciz və möhtac olduğunu, Allahın istəsə, sahib olduğu hər şeyi əlindən alıb məhv edə biləcəyini düşünməlidir. Allah belə insanların sonunu bizə xəbər vermişdir:

Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir! (Bəqərə surəsi, 206)