Ağıl, bir insanın vicdanını sonuna qədər istifadə edərək həyatının hər anında Allahın ən razı olacağı və Qurana ən uyğun olan rəftarı seçməsi və bunun nəticəsində də bütün həyatını əhatə edən bir düşüncə və rəftar mükəmməlliyi qazanmasıdır. Həmçinin ağlıyla yer üzündə mövcud olma məqsədini, onu yaradan Allahın sonsuz qüdrətini qavraya bilməsidir. Bu şüurdan məhrum olan insanlar isə ağılsız insanlardır.
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər. (Bəqərə surəsi, 13)
Ayədə də açıqlandığı kimi, həqiqi mənada ağılsız olan bir insanın özünü ağıllı sanması və səhv yolda ola biləcəyinə heç ehtimal verməməsi, ağılsızlığın gətirdiyi nəticədir. Quranda həmçinin ağıldan məhrum olan bu kəslər, fiziki mənada heç bir nöqsanları olmadığı halda, görə bilməyən və eşidə bilməyən kəslər olaraq tanıdılmışlar. Çünki bu kəslər həqiqətləri doğru şəkildə qəbul edə bilməz, gördükləri və eşitdikləri həqiqətləri qavraya bilməzlər. Məsələn yer üzündəki qüsursuz yaradılışa baxıb, bütün bunları yaratmış olan Allahın ucalığını görə bilməzlər. Görsələr də ağılsız olduqları və vicdanlarına tabe olmadıqları üçün görməzlikdən gəlirlər. Və ya onları doğru yola çağıran, Quran əxlaqını izah edən bir insanla qarşılaşdıqlarında, onun izah etdiklərini eşitməzlər. Daha doğrusu fiziki olaraq eşidərlər, amma həyatlarını sanki onu heç dinləməmiş kimi qəflət içində davam etdirərlər.

