Quranda adı çəkilən Hz. Zülqərneyn axırzamanın sahibi olan Hz. Mehdiyə (ə.s.) işarə edir

Öncəliklə tarixdə Zülqərneyn adlı kimsə yaşamayıbdır

Öncəliklə tarixdə Zülqərneyn adlı kimsə yaşamayıbdır. Bu Quranda bizə bildirilən gələcəkdə baş verəcək hadisədir.

Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisində Quranın Kəhf hekayəsində Axırzamana, Hz. Mehdinin (ə.s.) bütün yer üzünə İslam əxlaqını hakim etməsinə və Dəccalı fikirlə təsirsiz etməsinə dair işarələr olduğunu bildirmişdir. Kəhf hekayəsinə hədislərdəki bu işarələr istiqamətində baxdıqda, həqiqətən də bu ayələrdə izah edilən hadisələrin Axırzamana istiqamətli çox əhəmiyyətli məlumatlar verdiyi görünür. Bunlardan biri də, bu hekayədə bəhsi keçən Hz. Zülqərneynin adında gizlənmişdir.

İslami qaynaqlarda Hz. Zülqərneynin adı haqqında belə məlumat verilmişdir:

“Zülqərneyn sözü ərəbcədir. “Zü”“qərneyn” sözlərinin birləşməsindən meydana gəlmişdir. ZÜ – SAHİB VƏ MALİK DEMƏKDİR. QƏRN İSƏ ZAMAN, GÜNƏŞ MƏNALARINI VERİR. QƏRNEYN – QƏRNin TƏSNİYYƏSİ, YƏNİ İKİ DƏNƏSİ DEMƏKDİR.” (el-Firuzabadî, el-Kamusul-Muhît, Kahire 1332, IV, səh. 257)

Bilindiyi kimi, Hz. Mehdinin (ə.s.) adlarından biri də “SAHİB əz-zaman”dır. Bu da, “ZAMANIN SAHİBİ” mənasını verir. Hz. Zülqərneynin adı da “Zü: Sahib”, “Qərn: Zaman”“Qərneyn: İki Zaman” sözlərinin bir yerə gəlməsindən meydana gəlmişdir. Buna görə Hz. Zülqərneynin adı “İKİ ZAMANIN SAHİBİ” mənasını verir. Şübhəsiz ki, Hz. Zülqərneyn və Hz. Mehdinin (ə.s.) adlarının bir-birləri ilə eyni mənanı daşıması, Quranın Zülqərneyn hekayəsində izah edilən hadisələrin Hz. Mehdi (ə.s.) dövründə Hz. Mehdi (ə.s.) vəsiləsi ilə yaşanacaq bəzi hadisələr haqqında məlumat verdiyinə istiqamətli çox əhəmiyyətli bir işarədir. Belə ki, Peyğəmbərimiz (s) də bir hədisində “Hz. Mehdinin (ə.s.) yaşadığı dövrün Hz. Zülqərneynin dövründəki kimi olacağını” xəbər verərək bu həqiqətə diqqət çəkmişdir:

“Əhməd ibn İshaq deyir ki: “İmam Əsgəri əleyhissələmin hüzuruna getdim …Həzrət buyurdu ki: …Ey Əhməd ibn İshaq! O (HZ. MEHDİ (Ə.S.), BU ÜMMƏTDƏ “XIZIR” əleyhissələm VƏ “ZÜL-QƏRNEYN” KİMİDİR…” (Kamal-üd Din, cild 2, səh. 384)