Quranda adı çəkilən “Kitab əhli” kimlərdir?

Quranda adı çəkilən Kitab əhli, özlərinə Tövrat və İncil nazil edilmiş yəhudilər və xristianlardır. Lakin zaman keçdikcə bu kitablar təhrif edildikdən sonra Allah bu insanları xəbərdar etmək və qorxutmaq üçün peyğəmbər olaraq hz. Muhəmmədi (s.ə.v.), müqəddəs kitab olaraq isə Quranı göndərmişdir. Quranda Kitab əhli ilə bağlı ayələrdən bəziləri bunlardır:

Onlar (hamısı) eyni deyillər. Kitab əhli içində düzgün bir camaat vardır ki, onlar gecə vaxtı səcdəyə qapanaraq Allahın ayələrini oxuyurlar. Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər. (Ali İmran surəsi, 113-114)

Həqiqətən, kitab əhlindən elələri də var ki, həm Allaha, həm də sizə və özlərinə nazil olana Allaha boyun əyərək iman edər və Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allahın haqq-hesaba çəkməsi çox sürətlidir. (Ali İmran surəsi, 199) hikməti nədir?