Qurana uyğun olmayan hədislər

Hədislər nə vaxt yazılmışdır?

Peyğəmbərimizdən (səv) nəql edildiyi iddia edilən hədislər və Peyğəmbərimizin (səv) əməlləri olaraq qəbul edilən rəvayətlər ilk dəfə onun vəfatından bir neçə əsr sonra qələmə alınmışdır. Məşhur altı hədis kitabından ibarət Kutubi-sittənin müəlliflərindən Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbn Macə isə 273-cü ildə vəfat etmişdir. Şiələrin hədis kitabları isə fərqlidir. Sünni və şiələrin bir çoxu bir-birilərinin hədis kitablarını qəbul etmirlər. Şiələrin hədis kitablarının yaranması daha irəli tarixlərlə üst-üstə düşür. Məşhur şiə hədisçilərindən Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, əl-Mürtəza isə 436-cı ildə vəfat etmişdir.

Tarixi qaynaqlardan və bizə çatan ilk hədislərdən məlum olur ki, Peyğəmbərimizin (səv) və dörd xəlifənin dövründə heç bir yazılı hədis olmayıb. Xarəvi mövzu ilə bağlı belə deyir: “Nə səhabələr (Peyğəmbəri görənlər), nə də tabiyyun (Peyğəmbəri görməyən, lakin səhabə görən) hədisləri yazırdılar. Lakin söz kimi rəvayət edirdilər. Bəsit yazılı bir neçə mətndən başqa bunun istisnası yoxdur. Bu mövzuda nəql edilənlərin itməməsi üçün Ömər bin Əbdüləziz, Əbu Bəkr əl-Xəzmə bir məktubda əmr etdi ki, hədisləri araşdırıb yazsın”. Yezid bin Əbdülməlik isə Ömər bin Əbdüləziz öləndən sonra Əbu Bəkr əl-Xəzmi bu vəzifədən uzaqlaşdırdı. Sonra gələn Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin (səv) şəhadətindən 2-3 əsr sonraya düşür.

Buxaridən əvvəl hədislərin nə qədər doğru olub-olmadığını heç kim araşdırmamışdır. Hədisləri səhih və ya zəif olaraq adlandırmaq Buxari ilə başlayır. Hədislər araşdırılanda isə bundan bir nəticə almaq mümkün olmur. Zəif olmaq bir tərəfə, tamamilə uydurma olan hədislər İslam adından yayılmış və sayı getdikcə çoxalmağa başlamışdır.