Qurana uyğun olmayan fətvalar

Nəhl surəsi 116-cı ayədə “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o

Nəhl surəsi 116-cı ayədə “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”—deməyin”. Bu saxtakar hocaların dediyi kimi, durduq yerə bu haramdır, o halaldır, bunu etməyin… “Çünki Allaha qarşı yalan uydurmuş olursunuz”—deyir. Quranda açıq bir hökm yox ikən, öz ağıllarına görə, saxta hədis və rəvayətlərə görə hökmlər verirlər.

“Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”—deyir. “Dilinizin uydurduğu yalana əsasən”, yəni demək ki, dili yalana vərdiş etmiş saxtakarlar var. Gecə-gündüz yalan danışır. O cür adamlar nə danışarsa, yalan deyər yəni. Bütün danışığı yalandır, saxtakardır. Din adamlarından bu cür tiplərlə çox qarşılaşırıq. Allah ona görə deyir ki; “Dilinizin uydurduğu yalana əsasən: “Bu halaldır, o haramdır!”—deməyin”. Öz-özünüzə fətva çıxarmayın deyir Allah. Yalan uydurmayın, “çünki Allaha qarşı yalan uydurmuş olursunuz”—deyir. “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”.

“İnsanlara elə bir zaman gələcək ki, avam xalq Quran oxuyacaq, ibadət edəcək, (lakin) bidət əhlinin işləri ilə məşğul olacaqlar, hiss etmədikləri yerdən şirkə sapacaqlar. SÖZ VƏ ELMLƏRİ VASİTƏSİYLƏ RUZİ ƏLDƏ EDƏCƏKLƏR, DİNDƏN İSTİFADƏ EDƏRƏK MƏNFƏƏT ƏLDƏ EDƏCƏKLƏR. MƏHZ BİR GÖZÜ KOR DƏCCALIN ADAMLARI BUNLARDIR.” (Ramuz-ul Ehadis, Hədis nömrə: 6255)

Peyğəmbərimiz (s) bu hədisi Axırzamanda bir sıra insanların dinə xurafat və bidət qatan şəxslərə tabe olacaqlarından bəhs edir. Bu dövrdə bəzi saxtakar din ailmləri çıxıb İslam dinini insanlara elə səhv təbliğ edəcəklər ki, bir çox adam bu izah edilənləri dində var zənn edəcəklər. Bu səbəblə də şirkə sapdıqlarını, dinin əslindən uzaqlaşdıqlarını hiss etməyəcəklər.

Bu saxta din alimlərinin bir xüsusiyyəti də dindən istifadə edərək qazanc əldə etmələridir. Ənam surəsi, 90-cı ayəyə görə dindən pul qazanmaq haramdır, münafiq xarakteridir. Allah deyir ki, onlara inanmayın, yalnız mənfəət qarşılığı olmadan Quranı anladan insanlara inanın, onlardan islamı öyrənin.

“ÜMMƏTİMDƏN BAŞI SARIQLI YETMİŞ MİN ALİM ŞƏXS DƏCCALA TABE OLACAQ.” (İmam Əhməd Bin Hənbəl, Müsnəd, səh. 796)