Qurana uyan möminlər, Allahın icazəsi ilə gözəl həyat yaşayarlar

Qurana uyan möminlər Allahın iznilə gözəl həyat sürərlər

Uca Allah Qurana uyan möminlərin gözəl həyat yaşayacaqlarını müjdələyər. Bu məlumat, əslində insanlara verilmiş olduqca əhəmiyyətli bir sirdir. Nə qədər gözəl, nə qədər zəngin, nə qədər şöhrətli olursa olsun, bir insan Quran əxlaqını yaşamadığı zaman dünyada gözəl həyat yaşaya bilməz.

İnsanın, özünü və içində yaşadığı bu mükəmməl sistemi yaradan Rəbbimizin üstün qüdrətini qavraya bilməməsi, dünyada yaşadığı hadisələri dərk etməməsi cəhalətinin bir göstəricisidir. Belə bir insanın görünüşdə müasir, nəcib, mədəni və məlumat sahibi olması, oxuduğu kitabların çoxluğu, onu içərisinə düşdüyü bu dərin cəhalətdən çıxarmağa kifayət etməz.

Bu cür bir cəhalətin və şüursuzluğun hökm sürdüyü cəmiyyətlərə “cahil cəmiyyəti” deyilir. “Cahil cəmiyyəti” anlayışı, yalnız Quran endirilmədən əvvəlki dövrlərdə yaşayan insanları deyil, Quran endirildiyi və təbliğ olunduğu halda Allahın razı olduğu əxlaq və həyat formasından uzaq olan cəmiyyətləri da ehtiva edir.