Qurana görə qəlb təmizliyi necə olmalıdır?

“Şuəra” surəsinin 89-cu ayəsində cənnətə gedənlərin “Ancaq təmiz bir qəlblə Allahın hüzuruna gələndir…” buyurulur. Halbuki Quranda bildirilən qəlb təmizliyi, cahil cəmiyyətlərin başa düşdüyü təmizlik deyil. “Mən insanlara pislik etmirəm, arada kasıblara kömək edirəm, demək ki, Allahın istədiyi əxlaqa sahibəm” demək, özünü aldatmaqdan başqa bir şey deyil.

Çünki Qurana görə təmiz qəlbə sahib olmaq, Allaha ürəkdən iman etmək, Allahdan var gücü ilə qorxmaq, Allahı çox sevmək, Allahın əmrlərinə və qadağalarına eynilə uymaq və Allaha təslim olmaqdır. Ola bilsin ki, bəziləri kasıblara hərdən kömək etməklə, heyvanlara yemək verməklə, qonşularına gülümsəməklə “yaxşı insan” kimi tanına bilər. Və əlbəttə ki, bunlar gözəl xüsusiyyətlərdir. Halbuki cəhənnəmdən xilas olub Allahın rizasını və rəhmətini qazanmağın yolu “yaxşı insan” kimi tanınmaq deyil, Allahın Quranda bildirdiyi kimi yaşayan saleh bir mömin olmaqdır.