Quranda qadınlardan bəhs olunan ayələrdə, onlara böyük qayğı göstərilərək dəyər verilmiş, bütün çətin şəraitlərdə xüsusi olaraq himayə altına alınmışdırlar. Lakin buna baxmayaraq, məsuliyyət cəhətdən kişilərlə eyni tutulmuşdurlar. Dolayısilə qadınların qorunması, buna möhtac olduqlarından ötrü deyil, onlara xüsusi dəyər verildiyindən ötrüdür.
Qurana görə qadınlar istədikləri işlərdə işləyə bilərlər, lakin işləmək məcburiyyətində deyildirlər. Qurana görə qadınlar Səba məlikəsi nümunəsində gördüyümüz kimi dövlət başçılarıdır. Qurandakı qadınlar hz. Məryəm (ə.s) nümunəsində görəcəyimiz kimi çətinlik anlarında səbirlilik və qərarlılıqda üstündürlər, aləmlərin qadınlarına nümunədirlər. Qurana görə qadınlar sultandırlar, daim əl üstündə tutulmalı varlıqdırlar. Dolayısilə qadınlara münasibətdə bütün insanların izləməli olduğu ən mükəmməl rəhbər Qurandır.
Peyğəmbərimizin (s) dövründə, qadınlar kişilərlə birlikdə həyatın bütün sahələrində özlərinə yer tutmuşlar. Peyğəmbərimizin (s) mübarək həyat yoldaşı hz. Xədicənin bölgənin ən əhəmiyyətli iş qadınlarından biri olması, qadınların sosial həyatda necə fəal rol oynaya biləcəyini göstərən çox əhəmiyyətli məlumatdır. Üstəlik, Peyğəmbərimizin (s) dövründə, istər İslamı yeni tanıyanların öyrədilməsində, istər cəmiyyətdəki nizam-intizamın bərqərar olunmasında, istərsə də müharibələrdə belə qadın və kişi səhabələr boyunlarına bərabər məsuliyyətlər götürmüşdürlər.
Peyğəmbərimizin (s) həyat yoldaşlarına göstərdiyi nəzakət, sevgi, şəfqət və yaxşılıq isə, bütün insanlar üçün ən gözəl nümunədir. Xanımları ilə qaçış yarışı keçirən, xanımının dəvəyə minməsi üçün əyilib ona kömək edən, hər fürsətdə qadınların üstünlüklərini dilə gətirən, təşkil olunan əyləncələri seyr edərkən başını həyat yoldaşının çiyninə qoyan Peyğəmbərimizin (s), xurafatçıların ürküdücü əməllərinin həyata keçirilməsinə qətiyyən imkan verməyəcəyi aydındır. Şübhəsiz ki, xurafatçılar Rəsulullah (s) adından yalan hədislər uydurmaqla səhabələri də günahlandırır, həm Peyğəmbərimiz (s)-ə, həm də səhabələrə iftira atır və çox böyük məsuliyyət yüklənirlər.

