Qurana görə nələr israfdır?

İsraf dedikdə insanın ağlına əvvəlcə mal, mülk və ya pul israfı gəlir

İsraf dedikdə insanın ağlına əvvəlcə mal, mülk və ya pul israfı gəlir. Halbuki, israf təkcə mal ilə olmur. Allahın verdiyi hər nemətin Allah rizasını güdmədən boş yerə sərf edilməsi israfdır. Allah insanların onlara verilən nemətləri necə dəyərləndirdikləri ilə bağlı axirətdə sorğu-sual ediləcəklərini “Sonra da həmin gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!” (Təkasur surəsi, 8) ayəsi ilə xəbər verilmişdir.

Zaman israfı

Zaman Allahın insanlara verdiyi çox böyük nemətdir. İnsanların hədəfi dünya həyatında onlara verilən möhlət ərzində Allahı ən çox razı edən əməllər etmək və axirətdəki sonsuz cənnət nemətlərinə qovuşmaqdır. Bunun üçün Allah rizasının ən çoxunu nəzərə alıb dəyərləndirilməli mühüm nemətlərdən biri zamandır. Əgər insan vaxtını Allah rizası üçün işlər görmək əvəzinə ağlını və qəlbini Allahı anmaqdan uzaq tutub boş işlərlə keçirirsə, bu böyük neməti israf etmiş olur. Buna görə, zaman kimi nemət israf edilməməli, hər saniyəsi Allah rizasına uyğun düşüncə və davranışlarla dəyərləndirilməlidir.

Bilik israfı

Allah bəzi insanlara müəyyən sahələrdə bacarıq vermiş və onlara dərgahından bilik üstünlüyü bəxş etmişdir. Məsələn, Allah lütf olaraq bəzilərinə xarici dil öyrənmə imkanı vermiş, bəzilərini kompyuter və ya mühəndislik kimi texniki sahələrdə bilik sahibi etmiş, bəzilərinə isə geniş dünyagörüşü bəxş etmişdir. İnsanlar onlara verilən bu nemətlərdən və bunları Allah rizasına uyğun olaraq Onun varlığının və üstün gücünün insanlara təbliğdə sərf etməkdən məsuldurlar. Əks təqdirdə, sahib olduqları biliyi israf edərlər.

Sağlamlığın israfı

Sağlamlıq da Allahın insanlara bəxş etdiyi böyük nemətdir. İnsan Allahın dünya həyatında ona əmanət kimi verdiyi bədənə ən yaxşı şəkildə qulluq etməklə və Allah rizası üçün ömrünü keçirməklə məsuldur. Əlbəttə, sağlamlığı verən Allahdır. Ancaq insan bu bədəni sağlam saxlamaq üçün təmiz və sağlamlığa faydalı yeməklər yeyərək səbəblərə sarılır, bu, onun feili duasıdır. Bədəninə lazımınca qulluq etməmək, səhhətinə zərər verən qida və içkilərdən istifadə etmək bir növ sağlamlığın israfıdır…

I Yemək-içməyin israfı

Dünyadakı mövcud qida mənbələri hər insanın gündəlik ehtiyacını təmin edəcək səviyyədədir. Ancaq buna baxmayaraq, hələ də dünyada 800 milyondan çox insan aclıqdan əziyyət çəkir.

Bu gün dünyanın bəzi ölkələrində şəxsi mənfəət üçün və məhsulun qiymətini artırmaq məqsədilə tonlarla meyvə-tərəvəz atılıb israf edilir. Dünyada israf edilən bu məhsullara möhtac olan və aclıqdan əziyyət çəkən insanları isə heç nəzərə almırlar. Allah mövcud mənbələrdən ağılla, səmərəli şəkildə istifadə etməyi, yaxşı planlaşdırmağı və verilən nemətlərin qədrini bilməyi buyurmuşdur. Kafelərdə, restoranlarda, evlərdə qablarla yemək, kilolarla çörək, meyvə-tərəvəz zibilə atılır. Halbuki, Allah hər cür böyük-kiçik israfı haram etmişdir. Ona görə, insanlar düşüncəsizliklə “bu xarab olub”, “bunlardan istifadə edə bilmərik” kimi sözlərlə əllərindəkini atmamalı, bütün nemətləri xarab olmadan dəyərləndirməyin yollarını axtarmalıdırlar. Ancaq bu şəkildə nemətin qədrini bilmək olar. Əks təqdirdə, böyük bərəkətsizlik və nemətlərə nankorluq etmiş olarlar.

Enerji mənbələrinin israfı

İnsanlar yer üzündəki su, elektrik, təbii qaz kimi enerji mənbələrindən istifadə edərkən də israfdan çəkinməlidirlər. Boş yerə axıdılan su, kimsənin olmadığı mühitdə yandırılan işıq və ya ehtiyacdan artıq istifadə edilən təbii qaz israfdır. Buna bağlı olaraq edilən hər artıq xərc Allah rizası üçün görüləcək faydalı işə ayrılacaq pulun azalması deməkdir. Buna görə, bu cür enerji mənbələrindən istifadə edərkən israfdan çəkinmək çox vacibdir.

İsrafın ölçüsü nədir?

Rəbbimiz israf etməmək üçün lazımi ölçünü Quranda belə bildirmişdir:

Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. (Furqan surəsi, 67)

İnananlar bu dünyada Allahın nemətlərindən yararlanıb zövq aldıqları kimi, onlara verilənləri Allah rizası üçün xərcləməkdən də böyük zövq alırlar.