Quranda haram buyurulmayan bir şeyi haram dedikləri üçün, xurafatçıların böyük hissəsi, gündəlik həyatda həmişə təzadlı və saxtakar ruh halı içində yaşayarlar. Belə ki;
– “Musiqi haramdır” deyənlər ümumiyyətlə həmişə musiqi kanallarını izləyib musiqi dinləyən, hətta musiqi sədaları altında əylənən insanlardır.
– Həmin bu insanlar həqiqi həyatında toylara gedir, orda oynayır və mahnı oxuyurlar.
– Bu insanlar avtomobillərində həmişə musiqi dinləyirlər.
Həmişə musiqi dinləmək, toyda oynamağın heç bir zərəri yoxdur, əksinə bunlar onsuz da bir gözəllik və nemətdir. Xurafatçılar din adından musiqini qadağan edib amma özləri əməl etməyərək, səmimiyyətsiz olduqlarını göstərirlər. Onların vəziyyəti Quran ayələrində göstərilmişdir. Quranda olmayan bir dini mənimsəyənlərin vəziyyətini uca Rəbbimiz belə açıqlayır:
…Rahibliyi isə onlar özlərindən (bidət olaraq) icad etdilər. Biz bunu onlara vacib buyurmamışdıq. Onlar bunu Allahın razılığını qazanmaq üçün etdilər, lakin ona lazımınca riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Allah bu ayəsində bidət olaraq yaradılan saxta dinin Öz Kitabında olmadığını və bu dini yaradanların özlərinin də yaratdıqları dinə uymadıqlarını bildirir. Ayələr vasitəsilə bu insanların ikiüzlü olduqlarını Qurandan öyrənirik. Bir çox insan bütün bu məhdudiyyətlər içində bu insanların həqiqətən çox təqvalı yaşadıqlarını zənn edə bilər. Aralarında səmimi olaraq buna inanan insanlar olsa da, əslində həqiqət belə deyil. Onsuz da səmimi olanlar nə vaxtsa Quran müsəlmanlığını qavrayıb yaşayan insanlara çevrilə bilərlər. Bir insanın səmimi olub da, saxta bir dini yaşaması qeyri-mümkündür. Çünki Allah belə vəd vermişdir:
Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)
Ayədə ifadə edildiyi kimi, səmimi olan hər insan, mütləq haqqı nahaqdan ayırd etmə bacarığına sahib olar.
Bədiüzzaman Səid Nursi, müsəlman türk millətinin mənəvi şəxsiyyətinə olan inancını əsərlərində bir neçə dəfə vurğulamışdır. Nəcməddin Şahinərin “Bilinməyən tərəfləri ilə Bədiüzzaman Səid Nursi” adlı kitabında Bədiüzzaman Səid Nursinin müsəlman türk millətinə olan bu inancını yenə Bədiüzzamanın öz sözləri ilə belə ifadə etmişdir:
“Allahu Zülcəlal Qurani Kərimdə “…ALLAH ONUN ƏVƏZİNƏ ÖZÜNÜN SEVDİYİ VƏ ONU SEVƏN, MÖMİNLƏRƏ QARŞI MÜLAYİM, KAFİRLƏRƏ QARŞI İSƏ SƏRT OLAN, ALLAH YOLUNDA CİHAD EDƏN VƏ TƏNƏ EDƏNİN TƏNƏSİNDƏN QORXMAYAN BİR CAMAAT GƏTİRƏR…” buyurmuşdur (Maidə surəsi, 54). Mən də bu bəyanı İlahi qarşısında düşündüm. BU QÖVMÜN MİN İLDƏN BƏRİ ALƏMİ İSLAMIN BAYRAQDARLIĞINI EDƏN TÜRK MİLLƏTİ OLDUĞUNU BAŞA DÜŞDÜM.” (Nəcməddin Şahiner, “Bilinməyən Tərəfləri ilə Bədiüzzaman Səid Nursi”, səh. 233)
Bu səbəbdən Bədiüzzaman Səid Nursinin diqqət çəkdiyi Maidə surəsinin 54-cü ayəsi, türk qövmündən çıxacaq olan və axırzamanın ən böyük qütbü əzəmi olan hz. Mehdi (ə.s)-a, Allaha və Peyğəmbərimizə (s) hörmət və sevgi ilə bağlı olan xas tələbələrinə də işarə edir. Allah ayədə;
“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir.”(Maidə surəsi, 54) şəklində bildirir.
Görüldüyü kimi Allah, din əxlaqının tərk edildiyi bir dövrə diqqət çəkir. Yaşadığımız Axırzaman tam olaraq bu vəziyyətin yaşandığı bir dövrdür. Xüsusilə bu əsrdə insanlar din əxlaqından uzaqlaşmış və imanları zəifləmişdir. Bu səbəbdən də Quran əxlaqının yayılması vəzifəsini boynuna götürən müsəlmanların sayı çox azalmışdır. Bu dövrdə Allah, səmimi dindar olmaları və cəmiyyət tərəfindən qınanan, İslam dininə qəlbi ilə bağlı, çox dözümlü, Allaha qəlbən təslim olmuş, İslam əxlaqının dünya üzərində hakim olması vəzifəsini yerinə yetirmə əzminə tam sahib, Allahın sevdiyi bir birlik gətirəcəyini açıq bir şəkildə ifadə edir.

