Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar! (Tövbə surəsi, 82)
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq”. (Muminun surəsi, 106)
Göründüyü kimi, Quranda bədbəxtlik inkarçılara yaraşdırılır. Ayəyə əsasən, bu adamlar axirətdə azğınlıqlarının səbəbi kimi bədbəxtliyə yenildiklərini deyirlər. Dolayısilə, bədbəxtlik Allahın istədiyi şey deyil. Quranda bədbəxtlik inkarçılar, xoşbəxtlik isə iman edənlərə layiq görülür.
Yenə ayələrdə Allah bədbəxtliklərinə görə Quranın verdiyi nəsihətlərdən qaçanlar haqqında xəbər verir:
(Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurar. (Əla surəsi, 10-11)
Uca Allah qəm-kədəri bütün müsəlmanlara qadağan edir:
Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız. (Ali-İmran surəsi, 139)
Xurafatçılar Allahın bu ayələrini saxta hədisləri bəhanə gətirərək hökmdən qaldırmağa çalışırlar. Müsəlmanlara Allahın inkarçılara layiq gördüyü hüznü uyğun görürlər. Ruhun və bədənin ən böyük ehtiyacı olan sevinci yox etmək istəyirlər. Halbuki Allah bunu istəmir. Allah cənnəti sevinc yurdu olaraq yaratmışdır.

