Qoy onlar etdikləri günahların cəzası olaraq az gülüb çox ağlasınlar. (Tövbə surəsi, 82)
Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq”. (Muminun surəsi, 106)
Göründüyü kimi, Quranda bədbəxtlik inkarçılara yaraşdırılmışdır. Ayəyə görə bu insanlar doğru yoldan azdıqlarından ötrü axirətdə “bədbəxtliyimiz bizə üstün gəldi” deyirlər. Dolayısilə bədbəxtlik Allahın istədiyi bir şey deyil. Quranda inkarçılara bədbəxtlik, iman edənlərə isə sevinc yaraşdırılmışdır.
Allah yenə ayələrdə bədbəxtliklərindən ötrü Quranın verdiyi öyüdə qulaq asmayanları xəbər verir:
Allahdan qorxanlar öyüd alıb düşünər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurar. (Əla surəsi, 10-11)
Həmçinin Uca Allah, kədərlənməyi bütün müsəlmanlara qadağan etmişdir:
Acizlik göstərməyin və kədərlənməyin. Əgər həqiqətən iman gətirmişsinizsə üstün olacaqsınız. (Ali İmran surəsi, 139)
Məhz fanatiklər, Allahın bu ayələrini hökmünü saxta hədisləri bəhanə gətirərək öz aləmlərində qüvvədən salmağa çalışarlar. Müsəlmanlara, Allahın inkarçılara yaraşdırdığı bədbəxtliyi yaraşdırarlar. Ruhun, bədənin ən böyük ehtiyacı olan sevinci yox etmək istəyərlər. Halbuki Allah bunu istəmir. Allah cənnəti sevinc yurdu olaraq yaratmışdır.

