Qurana görə iltifat və tərif necə olmalıdır?

İnsana gözəlliyinə, gözəl əxlaqına və ya nümunəvi davranışlarına görə iltifat edilər. Lakin gördüyümüz bütün bu gözəl xüsusiyyətlərin həqiqi sahibi Allahdır. Buna görə də bütün tərif və iltifatlar, əslində, hər şeyi ən gözəl və qüsursuz şəkildə yaradan Allaha yönəlməlidir.

Əgər tərif edilən xüsusiyyət insana aid bir gözəllikdirsə, həmin gözəlliyi ona nemət olaraq verən Allahdır. Ağıl, zəka və ya hər hansı başqa bir üstün xüsusiyyət də Allahın həmin insana bəxş etdiyi nemətlərdəndir. Buna görə də tərif yalnız Allahı ucaltmaq niyyəti ilə edildikdə öz həqiqi mənasını tapmış olur.

Quranda tərifin həqiqi sahibinin Allah olduğu belə bildirilir:

De: “Özünə heç bir övlad götürməyən, hakimiyyətində şəriki olmayan və acizlik səbəbilə bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!” və təkbir gətirərək Onun şanını uca tut! (İsra surəsi, 111)

Bu səbəbdən hər hansı bir gözəlliyi və ya üstün xüsusiyyəti tərifləyərkən, onu yaradanın Allah olduğunu, görünən bütün gözəlliklərin Allaha aid olduğunu və Allahın istədiyi zaman bu neməti geri almağa qadir olduğunu unutmamaq lazımdır.