Qurana görə ideal insan etibarlı olmalıdır

Əsl dostda axtarılan xüsusiyyətlər

Dost olacaq, seviləcək, hörmət bəslənəcək insanda axtarılan bir çox əsas xüsusiyyətlər vardır. Fədakarlıq, həssaslıq, incə düşüncə tərzi, mərhəmət, ağıl, diqqət, dürüstlük, vəfa və ya sədaqət kimi… Bu xüsusiyyətlərin hər birinin qarşı tərəfdə yaratdığı fərqli-fərqli təsirləri vardır. Əlbəttə ki, hər bit insan dost olacağı şəxsin bu gözəl xüsusiyyətlərin hər birinə mükəmməl şəkildə sahib olmasını istəyir. Ancaq bəzən də bu xüsusiyyətlərin hər hansı birinin əksikliyinə də o qədər əhəmiyyət verilməyə bilər.

Ancaq əsas olan bəzi xüsusiyyətlər də vardır ki, dost olacaq insanda mütləq olması lazımlı, heç vaxt imtina edilməyəcək və çatışmazlığı göz ardı edilməyəcək dərəcədə vacibdir. Bir insan, demək olar ki, bütün sahələrdə mükəmməl xüsusiyyətlərə sahib olsa da, vacib bir xüsusiyyətin əksik olması, o insanla “dərin dostluq bağlarının qurulmasına” ciddi əngəl törədə bilər. Bu vacib xüsusiyyətlərdən biri də, “inam”dır.

Allah Quranda, Cənnətə qəbul edilən möminlərin ilk olaraq eşidəcəkləri sözün “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!” şəklində olacağı bildirmişdir. Bu da insanların ən vacib ehtiyaclarından birinin, “özlərinin təhlükəsiz hiss edəcək və inam duyduqları insanları əhatəsində olmaları” olduğunu göstərməkdir. Bu səbəbdən dünya həyatında da, insanlar fitrət olaraq, demək olar ki, hər yerdə əsas olaraq ciddi şəkildə “inam axtarışı”ndadırlar.

Oturacaqları evi, yaşayacaqları səmti, işləyəcəkləri yeri, gedəcəkləri məktəbi seçərkən, nəzərə aldıqları ən əsas şərtlərdən biri, hər zaman mütləq “təhlükəsizliyin təmin edilməsi”dir. Bütün həyatını bu istiqamətdə yönləndirərkən, əlbəttə ki, dostlarını seçərkən də ən diqqətli olduqları mövzulardan biri də yenə “inamın olması”dır…

I …Bir insanın başqası ilə “dost olması”; “bütün həyatını, qüsur və əksiklikləri ilə, gözəllikləri ilə, nemətləri ilə və bütün açıqlığı ilə, dürüstcə o insana da açması deməkdir. Həqiqi dostluq, “heç bir sirr saxlamadan, tədbir alma və ya gizlətmək məcburiyyəti hiss etmədən, ən dərin duyğulara qədər, heç yerdə əngəl qoymadan, həmin şəxsi sirdaş” etməkdir. Dolayısı ilə dost olacaq insanın qarşı tərəfi o şəkildə inandırmalıdır ki, qarşı tərəfin ağlıdan heç vaxt, “Belə edərsəm nə deyər?”, “Bu fikrimi necə qarşılayar?”, “Məni səhv başa düşərmi?”, “Yanlışlarımı öyrəndikdən sonra mənə olan sevgisi, hörməti azalarmı?” kimi sualların meydana gəlməməlidir.

Bir birindən fərqli insanlar arasında belə inamın meydana gəlməsi isə əlbəttə ki, ancaq “səmimi Allah qorxusu və dərin iman” nəticəsində mümkün ola bilər. Dünyada bunun xaricində iki insan arasında həqiqi və sağlam dostluq anlayışının qurulması imkansızdır. İnsanların bir-birilərini sevmələri, bəyənmələri, sədaqət göstərmələri və ya inam bəsləmələri, yalnızca müəyyən mənfəət ortaqlıqlarından qaynaqlanır. Bu mənfəətlərdəki ən kiçik dəyişiklik isə, sevgi, dostluq və inam iddialarının da bir anda ortadan qalxmasına səbəb olar.

Ancaq əgər iki insan dostluqlarını imana əsaslanan inam üzərində qurmuşlarsa, belə vəziyyətlə əsla qarşılaşmazlar. İnama əsaslanan həqiqi dostluq, dünya həyatında insanlara bəxş edilən ən böyük nemətlərdən biridir. İnsanın sanki özü ilə qarşılaşarcasına, bir başqa yanında da eyni rahatlığı, eyni inamı yaşaması çox böyük nemətdir.

Dolayısı ilə dost olacaq insanda “inam” axtarışı içərisində olmaq, insanlar üçün vacib amillərdən biridir. İnamlı olan insanın ən əsas xüsusiyyətlərindən biri, Allahdan dərin hörmət ilə qorxub çəkinməsi və Allaha ürəkdən, qarşılıqsız sevgi və bağlılıqla iman etmiş olmasıdır. Allahın rizasını, dünyanın heç bir mənfəətinə dəyişməməsidir. Allahın sevgisini qazanmaq üçün dünyanın hər cür çətinliyinə heç tərəddüd etmədən sinə gərməsidir. Allahın hər hansı əmrini həyata keçirərkən əsla zəiflik göstərməməsidir. Belə bir əxlaqa sahib olan insan, nəfsini sanki tərk etmişdir. Allah rizası üçün sevdiklərini, dostlarını hər zaman öz nəfsinin önündə tutur.