Muminun surəsi 21. “Həqiqətən, heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır.” İndi bu ayəyə görə zoologiya elmi, heyvanlarla əlaqədar bütün elm sahələri, hamısı fərz olmuş olur. Bu ayəyə görə bütün heyvanları araşdırmaq məcburiyyətindəyik. Və heyvanların həyatındakı, davranış formaları və yaradılışdakı möcüzələrini hamısını araşdırmaq məcburiyyətindəyik.
“Həqiqətən heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır.” Biz heyvanları görməsək, necə biləcəyik? Bu mövzuda kitab olacaq. Onsuz da heyvanların tək-tək araşdırılması çox çətindir. Tək həll yolu kitabdır, sənədli filmlər, araşdırma aparmaqdır. Və yaxud şifahi dərsdir. “Qarınlarının içində olanlardan sizə içiririk.” Süd qidalanmada çox əhəmiyyətlidir. Pendirdə istifadə edilir, qatıq istehsalında istifadə edilir. Bədənin ən zəruri ehtiyacları var; kalsium ehtiyacı, maqnezium ehtiyacı, zülal ehtiyacı çoxlu qatıq, süd, pendirdən əldə edilir. Yəni təməl bəslənmə mövzularında əhəmiyyətli qida maddələridir.
“Və onlarda sizin üçün daha bir çox faydalar var. Sizlər onlardan yeyirsiniz.” Ət olaraq da yeyilir. Amma zülal olmayanda orqanizm çökür.

