Allah hz. Muhəmmədə (s.ə.v.) nazil etdiyi Qurandan əvvəl hz. Musaya Tövratı, hz. Davuda Zəburu, hz. İsaya isə İncili vəhy etmişdir. Bu kitabların hər biri nazil edildikləri dövrdə Allahın dinini izah edən haqq kitablar kimi peyğəmbərlər tərəfindən təbliğ edilmişdir. Lakin sonradan həmin cəmiyyətlərdəki müxtəlif azğın etiqadlı insanlar tərəfindən təhrif edilmiş və onlara müxtəlif batil məlumatlar qarışdırılmışdır. Nəticə etibarilə, Quranın nazil edilməsinin səbəblərindən biri də bu kitabların təhrif olunması və həqiqi dini izah edən haqq bir kitabın qalmamış olmasıdır. Allah Quran vasitəsilə insanlara haqq dini bildirmişdir. Quranı isə: “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsinə uyğun olaraq, qiyamətə qədər Allah qoruyacaqdır.
Qurana görə daha əvvəl nazil edilmiş müqəddəs kitablar hansı statusdadır?

