Quranda işlədilən “cahil” sifəti xalq arasında bilinəndən fərqli bir məna daşıyır. Quranda ifadə edilən cahillik, insanın yaradılış məqsədindən, Yaradıcımız olan Allahın üstün xüsusiyyətlərindən, özünə göndərilən Kitabdakı məlumat və hikmətdən, sonsuz həyatı ilə bağlı məsələlərdən xəbərsiz olması və bu cəhalətin doğurduğu şüursuz bir həyat tərzini mənimsəməsidir.
Allahı tək İlah olaraq tanımayan, Onun elçiləri vasitəsilə göndərdiyi doğru yola tabe olmayan insanların “cahillik” etdiklərinə Quranda bu şəkildə diqqət çəkilmişdir:
Onlar: “Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” – dedilər. Hud dedi: “(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”. (Əhqaf surəsi, 22-23)

