Allah Quranda ana və ataya qarşı gözəl davranmağı əmr etmişdir. Ana və ataya xoş söz söyləmək, onlara hörmət və sevgi göstərmək, mərhəmətlə davranmaq Quran əxlaqının gərəyidir. Allah bu mövzuda ölçü olaraq ana və ataya hətta “uf” belə deyilməməli olduğunu bildirmişdir. Hətta ana və ata övladlarının inancını bölüşməsələr, iman etməyi qəbul etməsələr belə, möminlər onlara qarşı nəzakətli davranışlarını dəyişməzlər.
Lakin din əxlaqına zidd olan tövsiyələrində onlara itaət etmək olmaz:
Biz insana ata-anasına yaxşı davranmasını tövsiyə etdik. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Sizin dönüşünüz Mənədir və Mən etdiyiniz əməlləri sizə xəbər verəcəyəm. (Ənkəbut surəsi, 8)

