Quran əxlaqı bizə gözəl əxlaqın mənəvi hüzur, dərin və güvən dolu mühitini meydana gətirər. Dövlətə və millətə böyük zərər verən anarxiya bəlası qəti olaraq sonla çatar. Çünki insanlar Allahdan qorxar, itaətsizlikdən, fitnə-fəsad törətməkdən qəti şəkildə çəkinərlər. Həmçinin, mənəvi dəyərlərə sahib insanlar dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlığı etməkdən çəkinməzlər. Bu əxlaqı yaşayan insanlar həmişə ölkənin rifahı və xoşbəxtliyi üçün çalışarlar.
Quran əxlaqının yaşandığı cəmiyyətdə insanlar, bir-birlərinə qarşı son dərəcə hörmətli olar və hər kəs bir-birinin rahatlığını və təhlükəsizliyini qoruyar. Çünki İslam əxlaqında həmrəylik, birlik və bərabərlik çox əhəmiyyətlidir. Hər insan özündən əvvəl digər insanların rahatlığını və mənfəətini düşünməlidir. Quranda möminlərin bu əxlaqı belə bildirilir:
Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır. (Həşr surəsi, 9)
Allah qorxusu ilə hərəkət edilən bu cür mühitdə hər kəs cəmiyyətin rifahı üçün çalışar, israf edilməz, həmrəylik, əməkdaşlıq və qarşılıqlı bir-birinin mənfəətini düşünmək olar və bunun sayəsində də rifah səviyyəsi yüksək olan, zəngin bir cəmiyyət meydana gələr.
Belə cəmiyyətdə maddi zənginliklə yanaşı, mənəvi zənginlik də yaşanar. İnsanların hadisələr qarşısında yaratdığı xaos və üsyan etmələri tamamilə aradan qaldırılır. Hər kəs təvəkkül edərək hərəkət edir, hər problem üçün ağıllı həll yolları tapılır, hər hadisə sülh yolu ilə həll edilir. Həyat hər kəs üçün həmişə hüzur ilə, sevinclə, səmimiyyətlə, sevgi ilə, mehribanlıqla, dostluqla və qardaşlıqla yaşanır.
