Quran və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi möminlər üçün yeganə rəhbərdir.

blank

Quran möminin həyatı boyu müraciət etməli olduğu yeganə rəhbərdir. Allah Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına xitab olaraq endirdiyi bir ayəsində “evlərinizdə oxunan Allahın ayələrini və hikməti xatırlayın …” (Əhzab surəsi, 34) deyə buyuraraq bütün möminləri Quran oxumağa təşviq edir. Bu ayədən də başa düşüldüyü kimi, möminlər evlərində Quran oxuyur və ayələri yadda saxlayırlar. Lakin vacib olan Quran ayələrinin oxunaraq hamısının tam şəkildə və böyük diqqətlə tətbiq olunmasıdır.

Quranın necə tətbiq olunduğunu görmək üçünsə ən doğru qaynaq Peyğəmbərimiz (s.ə.v)-in həyatı və tətbiq etdikləri, yəni sünnəsidir.

blank