Quran şəfadır

Quran qəti həqiqətlərdən ibarət bir hidayət rəhbəridir

Quran qəti həqiqətlərdən ibarət bir hidayət rəhbəridir. Hər mövzu haqqında Allahın hz. Muhəmmədə (səv) vəhy etdiyi ən doğru bilgiləri ehtiva edir. Bu səbəbdən, həyatda sadəcə Quranı ölçü götürən insanlar Allahın rəhmətinə və hidayətə qovuşurlar. Quranın bu xüsusiyyəti bir ayədə belə xəbər verilir:

Özünə rəhbər olaraq Quranı seçən bir insanın həyatı digər insanlardan çox fərqli olur. Məsələn, bu insan daxilən heç bir zaman sıxıntı, qorxu, narahatlıq və s. hiss etməz və ya çətinliyə düşərkən panikaya düşməz. Çünki onun yol göstəricisi həmişə Allahın ayələridir. Allahın yaratdığı taleyə tabe olduğunu unutmadan Ona təslim olub güvənir. Rastına çıxan hər hadisəyə mütləq Allahın hökmləri ilə qarşılıq verir. Aldığı hər qərar, işlətdiyi hər kəlmə, yazdığı hər söz Quran əxlaqını yaşadığını əks etdirir. Bu səbəbdən də vicdanı həmişə təmiz olur və bunun verdiyi mənəvi hüzurla yaşayır.

Allah Quranda doğru olanlarla yanlış olanları açıq şəkildə müəyyən etmişdir. Buna görə, nəfsi istəklərindən uzaq duran, Allahın hökmlərinə əməl edən vicdanlı insanlar doğru olanı asanlıqla tapırlar. Quran hər yaşda, hər səviyyədə olan insanın rahat anlayıb qavrayacağı hikmətli bir kitabdır. Quran hökmləri və ayələrdə keçən gözəl əxlaq son dərəcə aydın, başa düşülən və asandır. Allahın hidayət verdiyi hər bir səmimi insan Quranda yazılanları asan başa düşür və oxuduqlarını gözəl şəkildə tətbiq edir.

Bu mövzu, eyni zamanda, Quranın önəmli bir sirridir. Quranı anlamaq üçün böyük zəkaya və ya qabiliyyətə malik olmaq lazım deyil. Bunun üçün səmimi niyyətə, dərin imana və ixlasa sahib olmaq lazımdır. Çünki Allah səmimi qullarına doğru yolu göstərir və onların Qurandan faydalanmasını və xilas olmasını təmin edir. Quran bütün insanlara göndərilmiş bir kitabdır, lakin təkcə Allahdan qorxan, axirətə iman edən möminlər üçün hidayət vəsiləsidir. Bununla bağlı ayələrdən bəziləri belədir:

… Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik! (Nəhl surəsi, 89) … müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi, 102)

Bu hikmətli kitabın ayələridir. Yaxşı əməllər edənlərə bir hidayət və rəhmətdir. (Loğman surəsi, 2-3)

Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir! (Yunis surəsi,57)

Ayələrdə də bildirildiyi kimi, Quran bütün insanlara bir öyüd, çəkinən və mühsin olan müsəlmanlara da bir hidayət rəhbəridir.