Quran Quranı təfsir edir

Quran hər kəs üçün asan kitabdır

Quran, hər insanın asanlıqla başa düşə biləcəyi bir kitab olaraq endirilmişdir. Allah bir ayəsində, “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir”. (Yunis surəsi, 57) deyə buyurur. Bu ayədən də aydın olduğu kimi Allaha iman gətirən və vicdanına uyan hər insan Quran ayələrindən öyüd-nəsihət ala bilər, ayələrdəki əmrləri ən gözəl şəkildə yerinə yetirə bilər.

Ancaq nəfsinə uyan, Allahın gücünü təqdir edə bilməyən, axirət mövzusunda şübhə içində olan insanlar, ayələri də öz səhv məntiqləri istiqamətində yanlış şərh edərlər. Allah bir ayəsində Quranda öyüd-nəsihət ala bilməyən bu insanların vəziyyətini belə xəbər vermişdir:

And olsun, Biz bu Quranda öyüd-nəsihət alsınlar deyə müxtəlif şərhlər etdik. Halbuki bu, onların daha da uzaqlaşmasını artırır. (İsra surəsi, 41)

Bura qədər izah edilənlərdən başa düşüldüyü kimi Quranı düzgün anlamaq səmimi olaraq iman gətirməklə mümkündür. Allah Quranı, iman gətirib dərk edən qullarının qavrayıb öyüd ala biləcəyi açıq-aşkar bir Kitab olaraq endirmişdir.

İnsanın imanı artdıqca ağlı, səmimiyyəti və Allah qorxusu da eyni dərəcədə artar, bu səbəbdən Quran ayələrindəki incəlikləri və sirləri daha yaxşı qavrayar.