Qorunan bir kitabda hökmləri bütün müsəlmanlara şərt olan ayələrin bir qisminin əsaslı qəbul edilib, digər qisminin heçə sayılması mümkün deyil. Belə ki, Quranın mükəmməlliyi, riyazi və elmi möcüzələri, yol göstərici xüsusiyyəti və Quranın qorunduğuna dair bir çox ayə xurafatçıların və İslam əleyhdarlarının bu iddiasını aradan qaldırır:
Şübhə yox ki, zikr onlara gəldiyi zaman onu yalan sayanlar (cəzalandırılacaqlar). Həqiqətən, bu, əzəmətli bir kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilər. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 41-42)
Quran ayədə açıq şəkildə bildirildiyi kimi, bənzərsiz kitabdır və batil ona önündən və arxasından girişə bilməz. Bu kitab Rəbbimizin qorumasındadır. Odur ki, bəzi hökmlərin Quran ayələrinin hökmünü ortadan qaldırdığı iddiası tamamilə iftiradır.
Burada bunu vurğulamaq lazımdır ki, Qurana həmin iftiranı atan din adamları nəsh edilən ayələrin sayında da ixtilaf içindədirlər. Hər biri ayrılıqda nəsh edilmiş kimi qəbul etdikləri ayə üçün özlərindən hökm çıxarır və beləliklə, qanunları fərqli olan dinlər meydana gətirirlər. Bəzi din adamları isə hədislərin ayələri nəsh etdiyini düşünəcək qədər irəli gediblər. Allahın “…Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq…” (Ənam surəsi, 38) ayəsini bu insanlar bir növ görməzlikdən gəlirlər. Quran ayələrini qəbul etməməklə yerinə bir hissəsi tamamilə uydurma olan hədisləri qoyurlar. Belə bir məntiqsizlik İslam adından həyata keçirilən radikal fəaliyyətlərin təməlini əmələ gətirir.

