Quran qiyamətə qədər yaşayacaq olan bütün insan topluluqlarına göndərilmişdir?

Quran qiyamətə qədər yaşayacaq bütün insanlar üçün nazil edilmişdir. Buna görə də Quranın hökmləri bu müddət ərzində yaşayan hər bir insan üçün keçərlidir. Bundan 1000 il əvvəl yaşamış insanlar da, bundan sonra yaşayacaq insanlar da eyni Kitabdan və eyni hökmlərə əsasən sorğu-sual ediləcəklər. Bir əsrdən başqa bir əsrə keçilməsi, geyim tərzinin, texnologiyanın və ya şəhərlərin dəyişməsi insanların Allaha qarşı olan məsuliyyətlərini dəyişdirməz. İnsan istər böyük bir səhranın ortasında yaşasın, istərsə də hündürmərtəbəli bir binada yaşasın, ibadətlərini və əxlaqını Quranda bildirildiyi şəkildə yerinə yetirməklə məsuldur. Allah Quranın bütün aləmlərə göndərildiyini və bütün insanların bu Kitab əsasında sorğu-sual ediləcəklərini ayələrində belə bildirir:

Aləmləri xəbərdar olsun deyə quluna Furqanı endirən (Allah) nə qədər ucadır. (Furqan surəsi, 1) qarşısında şikayət etmək doğrudurmu?