Allah Quran oxunarkən insanların susub dinləmələrini əmr etmişdir:
Quran oxunan zaman onu dinləyin və susun ki, sizə rəhm olunsun! (Əraf surəsi, 204)
Cəmiyyətdə bir çox insan Allahın bu əmrindən xəbərsizdir. Televizorda, radioda Quran oxunarkən insanlar işlərinə davam edir, bir tərəfdən də söhbət edirlər. Halbuki, bu zaman susub dinləməlidirlər. Əgər şəraitə görə səssizlik təmin olunmursa, onda televizoru və ya radionu söndürə bilərlər. Çünki, əks təqdirdə, Allahın fərz qıldığı hökmü pozarlar.

