Quran oxunarkən nə edilməlidir?

Allah Quran oxunduğu zaman şeytandan Allaha sığınmağı və insanların susaraq onu dinləmələrini əmr etmişdir:

Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə mərhəmət edilsin! (Əraf surəsi, 204)

Cəmiyyətdə bir çox insan Allahın bu hökmünü bilmir. Televiziyada və ya radioda Quran oxunarkən insanlar gündəlik işlərinə davam edir, eyni zamanda söhbət edirlər. Halbuki belə bir vəziyyətdə edilməli olan Quranı diqqətlə dinləmək və susmaqdır. Əgər şəraitə görə sakitliyi təmin etmək mümkün deyilsə, o zaman televiziya və ya radionu söndürmək olar. Çünki Quranın oxunduğu bir vaxtda ona lazımi ehtiram göstərməmək və diqqət yetirməmək Allahın fərz buyurduğu bu hökmə uyğun davranmamaq demək olar.