Quran oxunan zaman susub dinləmək fərzdir

De ki: “Mən, yalnız mənə Rəbbimdən vəhy olunana uyaram.” Peyğəmbər (s) mən vəhyə uyuram

“De ki: “Mən, yalnız mənə Rəbbimdən vəhy olunana uyaram.” Peyğəmbər (s) mən vəhyə uyuram, deyir, öz-özümə bir şey etmərəm deyir. Qurandan kənar hökm verməz, Quranda nə yazılıbsa sadəcə onları izah edir. “Bu, Rəbbinizdən olan bəsirətlərdir;” Bəsirət, yəni ağıllı, gözəl, doğru düşünmə. “…İman edəcək bir birlik üçün hidayət və rəhmətdir. Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun.” Haramdır. Məsələn, bəzi yerlərdə Quran oxunur, amma insanlar danışırlar, dinləmirlər. Quranı dinləmək fərzdir, onu duyan insan başqa işlərini dayandırıb dinləməlidir, əks halda günaha girər. Təbii ki, Quran hər kəsin anladığı dildə oxunmalıdır, anlaşılmayan dildə (ərəbcə) oxumaqda qurana hörmətsizlikdir. Oxuyanın və dinləyənlərin anlayacağı dildə oxunmalıdır, necə ki, mən indi bu səhifədə ayələri izah edirəm, hər kəsin (xitab edilən insanların) dilində yazıram, izah edirəm ki, oxuyan anlasın. İndi mən Azərbaycanda Fransız dilində ayə izahı paylaşsam necə məntiqsiz olardı. Eynilə Quran oxuyan insan da gərək anladığı dildə oxuya və oxuduğunu da izah edə dinləyənlərə. Quran qanun kitabıdır, qanun hər kəsin anladığı dildə oxunar və izah edilər. Ərəb dilinə şirk qoşurlar artıq. Cahillər elə bilir ki, Quranı dinləmək savabdır, əslində bu sadəcə özlərini aldatmadır. Dinləməklə insan savaba girməz.

“Rəbbini, səhər-axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Qəflətə qapılanlardan olma.” Yəni həmişə, tez-tez. “Yüksək olmayan bir səslə”, qışqıra-qışqıra deyil. “Öz-özünə” yəni özün eşidəcəyin qədər. “Ürpərtiylə” yəni bütün fikrini toplayaraq, eşq ilə, dərinliklə, sevgi ilə. “Yalvara-yalvara”, acizliyini bilərək, yalvarma tərzində. “İçin-için” yəni içdən gələrək, vicdanın içindən gələrək “zikr et”, dua et. Allaha yaxınlaş, Allahı o şəkildə zikr et. “…Qəflətə qapılanlardan olma.” Bu cür dua etmək də fərzdir. Allah bizə dua etmə formasını göstərir, başqa cür dua edilməz. Qurandakı ayələri diqqətlə incələyəndə, quran əxlaqını tam anlamaq mümkündür, inşaAllah.